Bakı mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilib
Forum qonaqlarının dilindən –
təəssüratlar, rəylər
Kalle Laanet (Estoniya parlamentinin vitse-spikeri):
- İlk dəfədir ki, Bakı Beynəlxalq Humanitar Forumuna qatılıram. Forum haqqında əvvəllər məlumatım az idi. Lakin bu dəfə şəxsən iştirak etməklə onun dünya üçün nə qədər vacib bir tədbir olduğunu gördüm. VI Bakı Beynəlxalq Humanitar Forumuna 90-dan çox ölkədən nümayəndələr qatılıb. Bu, o deməkdir ki, müzakirə etdiyimiz bütün mövzular həmin ölkələrə çatdırılacaq.
Estoniya və Azərbaycan kimi kiçik dövlətlər dünyaya mesaj vermək üçün imkan axtarırlar. Forum bu mesajların dünyaya çatdırılması üçün həmin imkanlardan biridir.
Sultanbay Rayev (Qırğızıstan Prezidentinin müşaviri):
- Bakı Beynəlxalq Humanitar Forumunda bir neçə dəfə iştirak etmişəm. Sevindirici haldır ki, humanitar məsələlər məhz Azərbaycanda qaldırılır. Bakı humanitar məsələlərin müzakirə meydanına çevrilir.
Aktual məsələlərin müzakirəsi bu tədbirin bütün iştirakçıları üçün böyük əhəmiyyət kəsb edir. Zəmanəmizdə təzadlar olduqca çoxdur. Bəşəriyyət qarşısında müxtəlif xarakterli çağırışlar durub. Bakı beynəlxalq humanitar məkanında məhz bu məsələlər qaldırılır. Qonaqpərvərliyinə və humanitar xarakterli məsələlərin qaldırılmasına şərait yaratdığına görə Azərbaycana təşəkkür edirəm.
Masume Aqapur Alişahi (İranlı deputat):
- VI Bakı Beynəlxalq Humanitar Forumu qlobal miqyasda mühüm əhəmiyyət
kəsb edir. Forum dünya xalqları
arasında əməkdaşlığın
inkişafına öz
töhfəsini verəcək.
Humanitar Forumda müasir dünyamız üçün
olduqca önəmli mövzular müzakirə edilir.
Belə bir mötəbər tədbirdə müxtəlif
dövlətlərin və
beynəlxalq təşkilatların
nümayəndələrinin iştirakı ölkənizin
dünyada artan nüfuzuna bariz nümunədir.
İqor
Korotçenko (“Milli müdafiə” jurnalının
baş redaktoru, Rusiya):
- VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakımdan çox
məmnunam. Burada təkcə region üçün deyil, bütün bəşəriyyəti
düşündürən mövzular müzakirə edilir. Bu gün
dünya üçün
qlobal xarakterli məsələlərin müzakirə
məkanı olan Azərbaycan mədəniyyətlərarası
dialoqun mərkəzi qismində çıxış
edir. Bakıda müzakirə edilən
mövzular dünya sivilizasiyasına öz töhfəsini verir.
Bütün bunlar isə
ölkənin böyük
imicindən, onun intellektual miqyasından xəbər verir. Azərbaycan qədim və unikal mədəniyyətilə
dünya mədəni
irsinə öz töhfələrini verib.
Bu gün Azərbaycan
malik olduğu mədəni müxtəlifliyi
qoruyaraq onu daha da inkişaf
etdirir, bəşəriyyəti
mədəniyyət vasitəsilə
sülhə, bərabərliyə
səsləyir. Ona görə
ki, qədim mədəniyyətə malik
olan xalqlar işıqlı gələcəyi
təmin etməyə
qadirdirlər. Bakı mənim
üçün Xəzərin
mirvarisi, dünyanın
ən inkişaf etmiş paytaxt şəhərlərindəndir. Qədimlik və müasirlik bu şəhəri təkrarsız edir. Xüsusən də əgər
bu paytaxt siyasi və mədəni hadisələrin
mərkəzidirsə.
Sri-Sri
Ravi Şankar (“Art of Living” Fondunun
rəhbəri, Hindistan):
- Altıncı Bakı
Beynəlxalq Humanitar Forumunun işçi sessiyalarından birinin multikulturalizm mövzusuna həsr edilməsi olduqca təqdirəlayiqdir. Belə nüfuzlu
tədbirlərin dünyada
multikulturalizm dəyərlərinin
təbliğində böyük
rolu var. Azərbaycanda
multikultural dəyərlərə
böyük önəm
verilir. Bu, çox sevindiricidir.
Hər kəs başqasının
dini inancına, dilinə, aid olduğu etnik qrupa hörmətlə yanaşmalı,
insanlar öz seçimlərinə görə
qorxu içində yaşamamalıdırlar. Multikulturalizm insanların birgəyaşayışı
və firavanlığı
üçün xüsusi
əhəmiyyət kəsb
edir.
Malik Ayub Sambal (Çin
Mərkəzi Televiziyasının
(CCTV) siyasi şərhçisi):
- Bakı Beynəlxalq Humanitar Forumu bütün dünyadakı humanitar böhranların həllində aktorları birləşdirmək istiqamətində Azərbaycan tərəfindən irəli sürülmüş yaxşı təşəbbüsdür.
Forumda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev dünyada çoxsaylı münaqişələrin, problemlərin gündən-günə artığını qeyd etdi. Bu səbəbdən bütün aktorlar, tərəfdaşlar durmadan artan bu humanitar böhranların həlli üçün səylərini birləşdirməlidirlər. VI Bakı Beynəlxalq Humanitar Forumu dünyada yüksək qiymətləndirilən və bəşəriyyətin rifahına xidmət edən humanitar təşəbbüsdür.
Məhəmməd bin Mübarək əl-Ərimi (Oman Xəbər Agentliyinin baş direktoru):
- Bakıda olmağımdan məmnunluq hissi keçirirəm. Hər dəfə gələndə yeniliklərin, inkişafın şahidi oluram. Azərbaycanın dünya dövlətləri arasında söz sahibi olması əlbəttə, təqdirəlayiqdir. Burada VI Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsinin dünya üçün böyük əhəmiyyəti var.
Forumda müxtəlif dövlətlərin nümayəndələrinin iştirakı ilə qlobal problemlər müzakirə edilib, əhəmiyyətli mövzular ətrafında fikir mübadiləsi aparılıb. Bütün bunlar ümumilikdə dünya üçün faydalıdır.
Mədəniyyət.- 2018.- 2
noyabr.- S.5.