“Euronews”
Beynəlxalq Humanitar
Forum haqqında süjet
yayımlayıb
“Euronews” beynəlxalq
telekanalı 25-26 oktyabr
tarixində Bakıda keçirilən VI Beynəlxalq
Humanitar Forumun əhəmiyyəti haqqında
süjet yayımlayıb.
Süjetdə forumun başlıca mövzusunun innovasiyalar və inkişaf strategiyası olduğu vurğulanır.
İtaliyalı deputat Ettore Rozato bildirib ki, Avropa İttifaqı
ənənəvi olaraq
dövlətlərarası inteqrasiyaya misal göstərilir. Lakin bu gün Avropanın bəzi ölkələri özünütəcridə,
başqaları ilə
aralarında divar hörməyə cəhd edir. Avropa tələbə mübadiləsi proqramı
qloballaşmaya töhfəsini
verib. Forum iştirakçıları
qloballaşmanın geri
dönməyən proses
olduğunu dilə gətiriblər. Forum çərçivəsində iştirakçılar süni
intellekt məsələsini
də geniş müzakirə ediblər.
Xatırladaq ki,
“Yeni dünya və yeni insan formalaşdıraq:
yaradıcılıq və insan
inkişafı” mövzusuna həsr oluna VI Bakı Beynəlxalq Humanitar
Forumunda 90-dan çox
ölkədən və 24 beynəlxalq təşkilatdan 580-dən
artıq nümayəndə iştirak edib.
Mədəniyyət.- 2018.- 2
noyabr.- S.5.