Humanitar ForumdaSarı gəlinçağırışı

 

Müasir dünya üçün vacib, yeni dünyada yeni insan inkişafıyla bağlı bir mövzuya bəşərin tərəqqipərvər qüvvələrinin münasibətini formalaşdırmaq məqsədi daşıyan böyük bir hərəkata ev sahibliyi etmək məsuliyyətli olduğu qədər, həm şərəflidir.

Bakıda keçirilən 6-cı Beynəlxalq Humanitar Forum bu gün müharibələr ocağında ağrı-acı yaşayan bəşərin gələcəyə üz tutarkən əli-ayağı soyumuş ümidini Odlar Yurdunda qızdırmaq arzusu kimi dəyərləndirə bilərik.

Forumda iştirak etməsəm , uzaq ellərdən gəlmiş dostlarımın da bu mötəbər toplantıda iştirakı onun haqqında təsəvvürümü canlı edə bildi. Düzünə qalsa, dostlarımı uzaq ellərdən gəlmiş biri kimi təqdim etməyim heç doğru olmayacaq. Məsələn, misirli xanım doktor Mona Zedan fəxrlə doğma diyar adlandırdığı Azərbaycanımızaikinci ana Vətənimdeyir. Forumun tribunasında çıxışını məhz ikinci ana Vətəninin dilində edən Mona xanımAyrılarmı könül candandeyərək Səməd Vurğun misralarıyla bəyan etdi sevgisini dünyaya.

Haradan başlayıb bu Vətən?”elə bu suala onun cavabını da olduğu kimi təqdim edirəm:

- Vətənim Misir qədər mənə əziz doğma olan Azərbaycanda yenidən olmaqdan sizinlə görüşməkdən çox məmnunam. Misir Azərbaycan dostluğu həyatdakı  uğurlarımın rəhnidir. Hazırda Misir Ərəb Respublikasının Helvan Universitetində Musiqi təhsili fakültəsinin Fortepiano şöbəsinin doktorantı qədər yüksəlişim həm Azərbaycanda aldığım təhsilimə bağlıdır. 12 il bundan öncə Helvan Universitetinin magistri olarkənAzərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirov Misirin şöhrətli bəstəkarı Məhəmməd Əbdülvahabın yaradıcılığının müqayisəli təhlilimövzusu üzrə diplom işimi tamamlamaq üçün Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında magistratura təhsilimi davam etdirməyə başladım. Daha sonra isə doktorantura təhsilimi Bakı Musiqi Akademiyasında davam etdirmiş ümumilikdə isə 8 il Azərbaycanda yaşayıb təhsil almışam.

Bildiyimiz kimi, həm Misir, həm Azərbaycan xalqı bütün dünyada qədim zəngin mədəni irsin daşıyıcısı kimi  tanınır. Bu baxımdan hər iki xalqın musiqi folklorunun vacib ünsürü olan xalq mahnılarının öyrənilməsi maraqlı aktual məsələlərdən biridir.

Bu sahə üzrə tədqiqatlarımda Azərbaycanda muğam sənətinə qayğı diqqət göstərilməsi işinə öz töhfələrini vermiş ölkənin birinci xanımı Mehriban Əliyevanın adını fərəh hissiylə qeyd edirəm.

Mənim üçün ikinci Vətənim adlandırdığım Azərbaycan onun musiqisindən, mənim bir alim kimi tanınmağıma zəhmət sərf edən Ceyran Emin qızı Mahmudova, İsa Həbibbəyli, Fərhad Bədəlbəyli kimi dünya şöhrətli Azərbaycan alimlərinin gözəl qəlblərinə heyranlığımdan başlayıb. Gözəl Azərbaycan dilini isə Naxçıvanda öyrənməyə başladım daha sonra bir musiqiçi olaraq onun ahənginə heyranlığım Misirdə belə onu təkmilləşdirməyimə səbəb oldu. Forumda çıxışımı da Azərbaycan dilində etməyim çıxışımı heyrətamiz xalq mahnısıSarı gəlin”in ifasıyla tamamlamağım böyük alqışlarla qarşılandı.

 

- Mona xanım, siz yenə Vətəniniz Misirə qayıdırsınız. Sizi tanıyan dost-tanışımın adından bir sualım var. Bu, ölkəmizdə fəaliyyət göstərən Misir səfirliyinin Mədəniyyət Mərkəzi haqdadır. Mən şəxsən artıq neçə illərdir ki, bu mərkəzi özümə çox doğma bilirəm demək olar ki, bu günə kimi ona rəhbərlik etmiş insanlarla sıx münasibətlər qurmuşam. Doktor Seyd Qanem, Mustafa Abu Zeyd, Saleh Maşal, doktor Adel. Bu adlara böyük hörmət izzətimi ifadə edir, dünyasını dəyişənlərə rəhmət diləyirəm.

Hazırda mərkəzə rəhbərlik edən doktor Əhməd Sami də sənin kimi Azərbaycanda təhsil alıb və mən ona çox vaxt Azərbaycanın misirli oğlu deyə müraciət  edirəm. Bir filoloq olaraq o da dillimizə böyük məhəbbətlə azərbaycanca səlis danışır və Misir və Azərbaycan ədəbiyyatından tərcümələriylə tanınır. Misir Mədəniyyət Mərkəzinə dilimizi gözəl bilən mütəxəssisin  rəhbərlik etməsi çox yaxşı haldır. Doktor Saminin fəaliyyət müddəti bitdiyi üçün istərdik ki, gələcəkdə də Mədəniyyət Mərkəzinə növbəti rəhbər dilimizi və mədəniyyətimizi bilən sizin bir mütəxəssis olsun. Siz necə düşünürsünüz?

- Əlbəttə, istərdim. İnşallah, ölkəm gərək bilsə, növbəti təyinatda bu mümkün ola bilər. Hələliksə mən bir Vətənimə - Azərbaycana əlvida demədən ana yurdum Misirə yola düşürəm...

 

Mona Zedanla sağollaşarkən ona demək istədim ki, əslində, sənin Beynəlxalq Humanitar Forumun tribunasından oxuduğun “Sarı gəlin” yeni dünyada yeni insan inkişafı çağırışıyla çıxış edən Azərbaycan xalqının, onun tək torpağına deyil, musiqisinə belə göz dikən bədxahlarına bəşəri dildə bir mesajın idi. Misir xalqının gözəl övladı Mona Zedanın bizim dərdimizlə həmrəyliyi idi.

 

Sədaqət KAMAL

 

Mədəniyyət.- 2018.- 2 noyabr.- S.5.