“Mənim yay tətilim”in
yekun sərgisi
Noyabrın 6-da Bakı Xətai Sənət Mərkəzinin
elan etdiyi “Mənim yay tətilim-2018”
adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.
Mərkəzin direktoru Zahid Əvəzov bildirib ki, müsabiqəyə
700-dək uşaq çəkdiyi
rəsmləri təqdim
edib. Müsabiqənin ikinci
turuna 12 yaşa qədər 150 uşaq və 12-17 yaşarası
140 uşaq əl işləri ilə qatılacaq.
Müsabiqə Mədəniyyət, Təhsil
nazirlikləri, “Azərbaycan Televiziya və
Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti,
Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət
Mərkəzinin təşkilatçılığı ilə
keçirilib.
Mədəniyyət.- 2018.- 2
noyabr.- S.2.