“Şanlı
Vətən” tariximizi
yada salır
Bakı
Bələdiyyə Teatrında
ideya müəllifi Xalq artisti Amaliya
Pənahovaya aid olan “Şanlı Vətən” tamaşası səhnələşdirilib.
Epik janrda qələmə alınmış əsərin
müəllifi Çingiz
Ələsgərli, səhnə
əsərinin quruluşçu
rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Əsərdə Əhməd Cavad
və Şükriyyə
xanımın nakam məhəbbətindən və
cəmi 23 ay ömür
sürən Azərbaycan
Xalq Cümhuriyyətinin
bolşeviklər tərəfindən
xaincəsinə devrilməsindən,
üçrəngli bayrağımızın
qadağan edilməsindən,
1990-cı ilin 17 noyabrında
Naxçıvan Ali Məclisində
ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasda üçrəngli bayrağımızın
ilk dəfə qaldırılmasından,
sonra isə Azərbaycanın dövlət
rəmzi kimi təsdiq olunmasından, ölkəmizin müstəqillik
dövründə inkişafından
bəhs olunur.
Mədəniyyət.- 2018.- 2
noyabr.- S.2.