Orqan musiqisi festivalı keçiriləcək

 

 

 

Noyabrın 7-8-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kameraorqan musiqisi zalında Orqan musiqisi festivalı keçiriləcək.

Ölkəmizdə ilk dəfə təşkil olunan festival Mədəniyyət Nazirliyi, “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsidir.

Festival çərçivəsində noyabrın 7-də “Azərbaycan orqan sənətinin inkişafı yolumövzusunda elmi konfransorqan musiqisindən ibarət konsert keçiriləcək. Festival noyabrın 8-də Avropa orqan musiqisi ilə başa çatacaq.

Musiqisevərləri maraqlı proqram gözləyir. Konsertlərdə Avropa və Azərbaycan bəstəkarlarının əsərləri orqanla birgə milli musiqi alətimiz olan tarda da ifa ediləcək. Xanəndə və vokalçılar da səhnədə yer alacaqlar.

Festivalın bədii rəhbəri, “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov bildirib ki, Azərbaycanda orqan musiqi məktəbi qısa zaman kəsiyində mühüm inkişafa nail olubbu gündünya səviyyəsində musiqiçilər yetişməkdədir.

 

Mədəniyyət.- 2018.- 2 noyabr.- S.4.