“D’ACCORDO” ansamblı “Gümüş
lira”da çıxış
edib
Azərbaycanın “D’ACCORDO” barokko ansamblı Sankt-Peterbuqrda keçirilən
9-cu beynəlxalq “Gümüş
lira” kamera musiqisi festivalında parlaq konsert proqramı ilə çıxış
edib.
Kollektivin
bədii rəhbəri,
Əməkdar artist İlahə
Sadıqzadə bildirib
ki, səkkiz konsertdən ibarət olan festivalda Avstriya, Azərbaycan, Macarıstan, Niderland, Serbiya, ABŞ və Rusiyadan olan istedadlı musiqiçilər
kamera ifaçılığı
məharətini nümayiş
etdiriblər.
2016-cı ildə yaradılmış
“D’ACCORDO” ansamblı Azərbaycanda
barokko və renessans kimi tarixi musiqi ifaçılığı
manerasını tətbiq
edən ilk kollektiv olub. Ansambl hələ gənc
olmasına baxmayaraq, repertuarı kifayət qədər genişdir və XV-XVII əsrlərdə
yaşayıb-yaratmış müxtəlif bəstəkarların
əsərlərini əhatə
edir. Kollektiv ölkəmizdə keçirilən festivalların
iştirakçısıdır.
Sankt-Peterburqdakı konsertdə
ansamblın heyətində
kollektivin bədii rəhbəri İlahə
Sadıqzadə (klaveşin,
zərb alətləri),
Elina Əliyeva (skripka), Lalə Miralayeva (skripka), Ziba Rəcəbli (alt), Əməkdar artist Eyyub Əliyev (violonçel), Əsmər Kərimli (violonçel), Nicat Salmanov (fleyta), Rövşən Məmmədov
(gitara) çıxış
ediblər. Solo ifaçılar əməkdar
artistlər Fəridə
Məmmədova (soprano) və
İlham Nəzərov
(kontratenor) olub.
Mədəniyyət.- 2018.- 2
noyabr.- S.2.