Muğam bizim milli sənətimizdir, milli sərvətimizdir

 

 

Bu gözəl, möhtəşəm bina bir daha onu göstərir ki, Azərbaycan xalqı dövləti öz milli sənəti olan muğama çox böyük sevgi ilə yanaşır. Bina həm xarici görünüşü memarlıq baxımından çox gözəldir, həm daxili tərtibat da göz oxşayır. Dərs otaqları, eyni zamanda, gözəl konsert salonu ən yüksək standartlara cavab verir. Bu Muğam Mərkəzində həm məşhur ifaçılarımız öz məharətlərini göstərəcəklər, həm gənclər muğam sənətinə cəlb ediləcəklər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri noyabrın 5-də Ağdam Muğam Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri Ağdamdan olan incəsənət xadimləri ilə görüşdə deyib. Dövlət başçısı birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı keçirilən sənət ocağı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.

Prezident diqqətə çatdırıb ki, ölkəmizdə bir neçə muğam mərkəzi fəaliyyət göstərir. Bakıdakı Beynəlxalq Muğam Mərkəzi həm memarlıq, həm bütün başqa keyfiyyətlər baxımından ən yüksək səviyyədədir: “Ondan sonra Füzuli, Ağcabədi rayonlarında muğam mərkəzləri yaradılmışdır bu gün biz Ağdam rayonunda mərkəzin açılışını qeyd edirik”.

Dövlət başçısı vurğulayıb ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğama göstərdiyi diqqət bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir: “Biz son illərdə muğamın demək olar ki, dirçəlməsini görürük. Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi. Ənənəvi muğam müsabiqələri keçirilir Azərbaycan televiziyası ilə canlı yayımlanır. Bu müsabiqələrin çox böyük əhəmiyyəti var. Həm gənc nəsil yetişir, həm gənc istedadlar gələcəyə yol tapırlar, həm muğamın qədər gözəl sənət olduğunu bütün Azərbaycan vətəndaşları görür, peyk vasitəsilə dünya da görür. Doğrudan da ənənəvi muğam müsabiqələri çox əhəmiyyətli hadisəyə çevrilmişdir. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq beynəlxalq muğam festivalları da keçirilir. Bu təşəbbüsün çox böyük əhəmiyyəti var. Çünki biz bu festivalların keçirilməsi ilə bir daha göstəririk ki, muğam milli sənətimizdir muğamın bu gün dünyada yaşaması böyük dərəcədə Azərbaycan xalqının zəhməti, istedadı hesabına mümkündür”.

Bildirilib ki, Azərbaycan muğamının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi  tarixi hadisədir: “Çünki bu addım həm dünya miqyasında muğama göstərilən böyük diqqətin, verilən əhəmiyyətin təzahürü idi, eyni zamanda, UNESCO muğamı Azərbaycan sənəti kimi qəbul edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir çox mədəni tədbirlər, təqdimatlar, sərgilər keçirilib, görkəmli ifaçılarımızın diskləri, kitabları, albomları buraxılıb. Yəni, çox böyük bir aparılıb. Bu gün açılışına toplaşdığımız Ağdam Muğam Mərkəzinin yaradılması bu böyük işlərin tərkib hissəsidir”.

Dövlət başçısı diqqətə çatdırıb ki, muğam Azərbaycan xalqının milli sənəti, eyni zamanda milli sərvətidir. Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm Azərbaycan dilinin saflığını qoruyan sənətdir.

Bu yaxınlarda Azərbaycan dilinin saflığının qorunması ilə bağlı fərman imzaladığını xatırladan dövlət başçısı qeyd edib ki, dünyada gedən qloballaşma proseslərində biz dilimizi xarici təsirdən qorumalıyıq: “Bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm digər sahələrdə dilimizə yad kəlmələr daxil edilir. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir mən bunun qəti əleyhinəyəm”.

Prezident bildirib ki, bizim incəsənətimiz, ədəbiyyatımız milli ruhumuzu daha da yüksək səviyyəyə qaldırır. Biz elə etməliyik ki, gənc nəsil milli ruhda tərbiyə alsın, vətənpərvərlik ruhunda böyüsün gələcəkdə ölkəmizi ləyaqətlə idarə edə bilsin.

Görüşdə iştirak edən tanınmış musiqi xadimləri – xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Aygün Bayramova, Ramiz Quliyev Ağdamda Muğam Mərkəzinin istifadəyə verilməsinə, bu sənətin inkişafına göstərilən  diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildiriblər. Çıxışlarda yekdil bir arzu ifadə olunub ki, torpaqlarımız işğaldan azad olunsun və belə gözəl, möhtəşəm muğam mərkəzləri o torpaqlarda da inşa edilsin.

* * *

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 5-də Ağdam rayonuna səfər zamanı Qarabağı, o cümlədən Ağdamı dünyada məşhur etmiş daha iki irsin qorunub saxlanılmasına xidmət edən müəssisələrin – “Azərxalça”nın Ağdam filialının və Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak ediblər.

Vurğulanıb ki, Quzanlı qəsəbəsində inşa edilən xalça emalatxanası milli xalçaçılıq sənətinin, Qarabağ xalça məktəbinin yaşadılmasına  töhfədir. Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsindən sonra Azərbaycanın milli sərvətinin nümunəsi olan Qarabağ atlarını yetişdirən kompleks Ağcabədi rayonunun Xamtorpaq ərazisində fəaliyyət göstərir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qapalı manejdə Azərbaycanın qədim milliSür-papaqatüstü oyununa baxıblar. Xatırladaq ki, 2013-cü ildə Qarabağ atı üzərində çövkən oyunu UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına salınıb.

 

Mədəniyyət.- 2018.-  7 noyabr.- S.1-2.