Bakıda portuqaliyalı rəssamın sərgisi açılacaq

 

 

 

Noyabrın 17-də Muzey Mərkəzinin sərgi qalereyasında Portuqaliyanın Azərbaycandakı diplomatik nümayəndəliyi tərəfindən bu ölkənin məşhur rəssamı Carlos Motanın “Found and findings” adlı beynəlxalq rəsm sərgisi açılacaq.

Sərgi noyabrın 23-dək davam edəcək.

Carlos Motanın əsərləri azad ruhlu olduğu üçün çoxsaylı interpretasiyaları cəmləşdirir. Bu əsərlər özündə hərəkət, enerji və həyati məna daşıyır.

Bu, konsepsiyası olmayan, amma əvəzində beyni sonsuz interpretasiyalar üçün açan bir yaradıcılıqdır.

Portuqaliyanın Ponta Delgada şəhərində anadan olan rəssam BelçikadaBrüssel İncəsənət Məktəbində interyer memarlığı üzrə təhsil alıb. Hazırda Lissabonda yaşayan rəssamın əsərləri İspaniya, İtaliya, Belçika, Almaniya, Hollandiya, Danimarka, Meksika, ABŞ, Kanada, Braziliyabaşqa ölkələrdə nümayiş olunub.

 

Mədəniyyət.- 2018.-  7 noyabr.- S.8.