Tanınmış musiqişünas
Seyran Qafarov vəfat edib
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, tanınmış musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının baş müəllimi Seyran Əmir oğlu Qafarov ömrünün 49-cu payızında vəfat edib.
Seyran Qafarov 1969-cu il
oktyabrın 2-də Bakıda
anadan olub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tarixi-nəzəriyyə və
ifaçılıq fakültələrini
bitirib. 1993-1997-ci illərdə
BMA-nın “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi laboratoriyasında işləyib.
1997-2010 illərdə Türkiyədə ixtisası
üzrə pedaqoji fəaliyyət göstərib.
Həmçinin Bakı Musiqi
Akademiyasında Musiqi tarixi kafedrasında baş müəllim işləyirdi.
O, gənc musiqiçilərə
Qərb musiqi tarixi, Asiya və
Afrika xalqlarının
musiqisini tədris etməklə yanaşı,
BMA-nın laboratoriyasında
Azərbaycanın qədim
musiqi aləti ney haqqında
elmi araşdırmalarını
davam etdirirdi. S.Qafarovun
2007-ci ildə Azərbaycanda
müdafiə etdiyi dissertasiya işi, 2010-cu ildə Türkiyənin Baş Attestasiya Komissiyası tərəfindən
doktorluq elmi dərəcəsi ilə təsdiq olunub.
Seyran Qafarov Türkiyə və Azərbaycanda bir sıra beynəlxalq simpozium və konfranslarda elmi məruzələrlə çıxış
edib, nüfuzlu elmi toplularda məqalələri dərc
olunub.
Seyran Qafarov
2012-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçilmişdi.
Mədəniyyət.- 2018.- 7
noyabr.- S.5.