“Kinoklub”un ilk axşamında
“Acı ay” nümayiş
etdirilib
Azərbaycan kinosunun 120 illik yubileyi ilə əlaqədar milli və dünya kino incilərini tamaşaçılara daha da yaxından tanıtmaq, eləcə də yaradıcı görüşlərin və kino axşamlarının keçirilməsi məqsədilə Mədəniyyət Nazirliyi, Dövlət Film Fondu və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə “Kinoklub” yaradılıb.
Noyabrın 2-də Nizami Kino Mərkəzində
“Kinoklub”un ilk görüşü keçirilib. Əməkdar incəsənət
xadimi, rejissor və kinoşünas Ayaz Salayev tamaşaçılara dünya
şöhrətli rejissor Roman
Polanskinin 1992-ci ildə çəkdiyi
“Acı ay” bədii filmi
barədə məlumat verib. Daha sonra film
nümayiş olunub.
Mədəniyyət.- 2018.- 7
noyabr.- S.4.