Ali təhsil müəssisələrində “Azərbaycan kinosu günləri”

 

 

Azərbaycan kinosunun 120 illik yubileyi ilə əlaqədar Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Dövlət Film Fondunun dəstəyi ilə noyabrın 5-də ali təhsil müəssisələrində “Azərbaycan kinosu günləri”nə start verilib.

Gənc nəsli milli kinonun müasir nümunələri ilə yaxından tanış etmək məqsədilə keçirilən tədbirin ilk iştirakçıları Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) tələbələri olub.                                                     

BDU-da rejissor Nizami Abbasın Şəmkir batalyonunun Qarabağ müharibəsindəki şücaətindən bəhs edən “Batalyonfilmi, AMİU-da isə Rəşad Qasımovun Milli Qəhrəman Mübariz İbrahimov haqqında “Mübarizlik zirvəsi” və Zamin Məmmədovun Milli Qəhrəman Allahverdi Bağırova həsr olunmuşQartal qamətli qəhrəman” sənədli filmləri göstərilib.

Dekabrın 21-dək davam edəcək kino günlərində vətənpərvərlik, maarifləndirici, incəsənət və tarixi mövzularda sənədli filmlərin nümayişi və sənət adamları ilə görüşlərin təşkili nəzərdə tutulub.

 

Mədəniyyət.- 2018.- 7 noyabr.- S.4.