50-ci mövsümün ilk premyerası

 

 

50 illik yubileyini qeyd edən Sumqayıt Dövlət Dram Teatrı repertuarını zənginləşdirməkdədir. Teatrda rus xalq nağılı əsasında  səhnələşdirilən “Kim güclü, kim ağıllı?” tamaşasının premyerası olub.

Kiçikyaşlı tamaşaçılar, məktəblilər üçün əyləncəli və maarifləndirici nağıl-tamaşada obrazların timsalında ağıl və gücün  müqayisəsi aparılır.

Nümayişdən öncə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov tamaşaçıları salamlayıb, yeni mövsümyeni tamaşa  münasibətilə yaradıcı heyəti təbrik edib.

Tamaşanın quruluşçu rejissorumusiqi tərtibatçısı Ayla Osmanova, quruluşçu  rəssamı Nizami Dadaşov, rəqslərin quruluşçusu  Ceyhun Dadaşovdur.

Obrazları teatrın gənc və ortayaş nəslinə mənsub aktyorlarından Şəhla Məmmədova, Ceyhun Məhərrəmov, Vəfa Qurbanova, Dağlar Rüstəmov, Sevda Hüseynova, Yalçın Səlimov və Elmir Mehdiyev ifa edirlər.

 

 

Mədəniyyət.- 2018.- 7 noyabr.- S.7.