Maestro ilə ünsiyyət taleyimin ən böyük mükafatıdır”

 

 

Rusiya Federasiyasının M.M.İppolitov-İvanov adına Dövlət Musiqi Pedaqoji İnstitutunun rektoru, Əməkdar incəsənət xadimi, professor V.İ.Vorona Bakıda L. və M.Rostropoviçlərin ev-muzeyini ziyarət edib.

Bakıya VI Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün gələn qonaq xatırladıb ki, 1997-ci ildə maestro M.Rostropoviç doğma şəhərinə qayıdarkən onu müşayiət edən nümayəndə heyətinin tərkibində o da olub. 21 ildən sonra Bakıya gələrək, muzeyi ziyarət etməyi özünə borc bilib. Xatirələrini bölüşən professor deyib ki, 1997-ci ildə muzey hələ yaranmamışdı və maestro ilə birgə o zaman burada yaşayan evin sakinlərinin qonağı olmuşdu.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şeyla Heydərova qonağı ekspozisiya ilə tanış edibmuzeyin fəaliyyətindən, nadir eksponatlarından, burada keçirilən musiqi məclislərindən söhbət açıb.

M.Rostropoviçin ulu öndər Heydər Əliyevə yazdığı məktublar, ifaçılıq, dirijorluq, xeyriyyəçilik sahəsində fəaliyyətinə görə təltif olunduğu ordenmedallar, mükafatlarla maraqla tanış olan V.İ.Vorona rəy kitabına ürək sözlərini yazıb: “İlk dəfə mən bu mənzildə maestro M.Rostropoviçlə onun 70 illiyində olmuşam. Bu gün isə bu muzey dünya əhəmiyyətli tarixi bir yerdir və gələcək nəsillərə ölçüyəgəlməz bir hədiyyədir. Dahi maestro ilə ünsiyyət taleyimin ən böyük mükafatıdır!”.

 

Mədəniyyət.- 2018.- 7 noyabr.- S.6.