Bakının tarixi
küçələrinə ekskursiya
turları
Avropa İttifaqının təşəbbüsü ilə “2018 – Avropa Mədəni İrs ili” layihəsi çərçivəsində paytaxtımızda noyabrın 1-də başlanan “Fantaziya” mədəni irs festivalı davam edir. Noyabrın 3-4-də festival çərçivəsində Bakının tarixi küçə və məhəllələrinə tur təşkil edilib.
Almaniyanın Azərbaycandakı səfirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən tarixçilərin, peşəkar bələdçilərin dəstəyi ilə gerçəkləşən turun iştirakçıları XX əsrin əvvəlinə aid memarlıq inciləri ilə tanış olublar.
Məlumat verilib ki, tarixi binaların əksəriyyəti neft bumu dövründə avropalı memarlar tərəfindən layihələşdirilib.
Memar Elçin Əliyev “Bakı
memarlığında alman irsi”
proqramı çərçivəsində alman
mənşəli memarların Bakıda qoyduğu
izləri, jurnalist Vyaçeslav
Sapunov “Əsrlər keçdikcə dəyişən
Bakı” proqramı çərçivəsində
İçərişəhərin və neft
bumu dövrünə aid
ilk binaların tarixini,
bələdçi Ülkər Mahmudova
isə “Bakının gizli küçələri”
proqramı çərçivəsində paytaxtın
köhnə həyətlərini və memarlıq abidələrini
tədqiq edib.
Mədəniyyət.- 2018.- 7
noyabr.- S.5.