XXI əsr teatr fəlsəfəsi:
mövcudluq konsepsiyası
V Bakı Beynəlxalq Teatr
Konfransı keçirildi
2010-cu ildə əsası qoyulan və ötən müddətdə həm ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq mədəniyyət tədbirləri sırasında, həmçinin beynəlxalq teatr təşkilatlarının fəaliyyət təqvimində özünə mühüm yer qazanan Bakı Beynəlxalq Teatr Konfransı beşinci dəfə müxtəlif ölkələrdən teatr xadimlərini, sənətşünasları bir araya toplayıb. Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə reallaşan konfrans bu dəfə “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” mövzusuna həsr edilib.
Noyabrın 5-də tədbirin başlanmasından öncə V Beynəlxalq Teatr Konfransının iştirakçıları Fəxri xiyabanda ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarını ziyarət etdilər. Sonra Şəhidlər xiyabanına gedən konfrans iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.
Azərbaycan Dövlət Musiqili Teatrında V Bakı Beynəlxalq Teatr Konfransının açılış mərasimi keçirildi.
Teatrın foyesində ötən beynəlxalq teatr konfranslarından bəhs edən fotosərgi və Milli Kitabxana tərəfindən təşkil edilən kitab sərgisi təşkil olunmuşdu.
Açılış mərasimi beynəlxalq konfransın tarixini, Azərbaycan teatrının keçdiyi yolu əks etdirən videoçarxın nümayişi ilə başlandı.
Sonra “British Council Azerbaijan” təşkilatının “Unlimited” proqramı çərçivəsində məhdud imkanlı insanlarda rəqs və teatr vasitəsilə əminlik hissi yaradan və onları potensiallarını reallaşdırmağa həvəsləndirən, inklüziv teatrı təmsil edən qısa tamaşa təqdim edildi.
Mərasimdə ilk olaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva qonaqları salamlayaraq Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanlanan təbrik məktubunu oxudu.
Azərbaycan teatrı dünya
teatr prosesinə daxil olub
Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış
edərək ölkəmizdə
iki ildən bir gerçəkləşən
konfransın əhəmiyyətindən
söz açdı. Bildirdi ki, konfrans Prezident
İlham Əliyevin
2009-cu il 18 may tarixli sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan teatrı
2009-2019-cu illərdə Dövlət
Proqramı”na əsasən
keçirilir. Builki konfransda
40-dan çox ölkədən
qonaqlar iştirak edir. Məruzəçilər arasında nüfuzlu
beynəlxalq təşkilatların
rəhbərləri yer
alır.
Ölkəmizdə, mədəniyyətin digər
sahələri kimi, teatr sahəsinin də dövlət qayğısı ilə əhatə olunduğunu deyən nazir bildirdi ki, artıq
ənənə halını
almış bu konfrans Azərbaycan dövlətinin teatr sənətinin inkişafına
nə qədər diqqət yetirdiyinin bir göstəricisidir. Müvafiq
Dövlət Proqramı
teatr binalarının
ən müasir səviyyədə təmiri,
yaradıcı heyətin
peşəkarlığının artırılması, eyni zamanda Azərbaycan teatrının XXI əsrdə
yeni mərhələyə
müasir baxışlarla
qədəm qoymasına
zəmin yaradıb:
“Bu gün artıq Azərbaycan teatrı dünya teatr prosesinə daxil olaraq yeni yanaşmalara
açıq şəkildə
fəaliyyətini davam
etdirməkdədir. Geriyə nəzər
salanda görürük
ki, teatr ictimaiyyəti bu proqramdan irəli gələn aktual məsələləri layiqincə
yerinə yetirməyə
nail olub. Teatrlarımız dünyanın ən məşhur festivallarında
uğurla çıxış
edir. Azərbaycan cəmiyyətində hökm sürən birlik imkan verir
ki, multikultural dəyərlər, qarşılıqlı
anlaşma və ənənələr dünya
miqyasında daha geniş təbliğ olunsun”.
Nazir qeyd etdi ki, Prezident
İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü
ilə ölkəmizə
keçirilən beynəlxalq
forumlar, konfranslar, yarışlar Azərbaycanın
daha geniş səviyyədə tanınmasına
xidmət edir.
Vurğulandı ki, teatr cəmiyyətdə
gedən prosesləri əks etdirən aynadır. 146-cı mövsümünü
yaşayan Azərbaycan
teatrı təkcə
paytaxtda deyil bölgələrdə
də yeni inkişaf yoluna qədəm qoyub: “Bu günlərdə Sumqayıt
və Mingəçevir
teatrlarının 50 illiyini
qeyd etdik. Azərbaycan ərazilərinin 20 faizi Ermənistanın silahlı
qüvvələri tərəfindən
işğal olunub.
İşğal altında
olan rayonlarda teatr binaları da daxil olmaqla
bütün mədəniyyət
ocaqları, mədəni
irs nümunələri
dağıdılıb. Bu gün
Ağdam, Füzuli, Şuşa, İrəvan teatrları qaçqın taleyi yaşayır və öz mövcudluqlarını
qoruyub saxlamaq üçün bütün
çətinliklərə sinə gərir. Buna görə də
xalqımıza məxsus
bütün mədəni
dəyərləri qorumağa,
ona sahib çıxmağa
çalışmalıyıq”.
Teatr peşəkarlarının ənənəvi
olaraq Bakıda görüşməsi qürur
hissi doğurur
Konfransın əhəmiyyətindən danışan nazir bildirdi ki, tədbirin
məqsədi müxtəlif
ölkələrdən gəlmiş
teatr peşəkarları
tərəfindən müasir
teatrların imkanlarının
və qarşılıqlı
əlaqələrinin müzakirə
edilməsi, yeniləşən
dünyada teatr üçün platforma yaratmaqdır: “Teatr xadimlərinin yenidən bir araya gəlməsi
və belə bir tədbirin Bakıda keçirilməsi
bizdə qürur hissi doğurur. İki gün ərzində konfransda dünyanın məşhur teatr xadimləri – rejissorlar, aktyorlar, dramaturqlar, ssenaristlər, bəzi ölkələrin teatr xadimləri ittifaqlarının,
teatrla bağlı tanınmış qurumların,
eləcə də müxtəlif ölkələrin
teatr rəhbərlərinin
məruzələri dinləniləcək.
Ümumilikdə konfransın
gündəliyində yer
alan məsələlər
teatr bilicilərinin canlı ünsiyyətini təmin etməklə yanaşı, uğurlu nəticəyə, qarşılıqlı
yeni əlaqələrin
qurulmasına zəmin
yaradacaq. Biz açılış
mərasiminin əvvəlində
dəyərli bir təqdimatı izlədik.
Hesab edirəm ki, bu inklüzivlik mədəniyyətin bütün
sahələrində öz
həllini tapmalıdır.
Azərbaycanda fəaliyyət göstərən
26 dövlət teatrı
ilə yanaşı,
“Üns” yaradıcılıq
səhnəsi, bələdiyyə
teatrı, yeni yaradılan teatrlar fəaliyyət göstərir.
Gənclər tərəfindən yaradılan yeni teatr hərəkatları mövcuddur və bütün bunlar bizi məmnun edir. Gənclərin bu sahəyə
cəlb edilməsi onun yaşaması və yeniləşməsinə
işarədir. Konfrans müddətində
bütün bu yeniliklər və müasir baxışlar barədə fikir mübadiləsi aparılacaq”.
Çıxışının sonunda konfrans iştirakçılarına uğurlar
arzulayan Əbülfəs
Qarayev builki konfransda mühüm bir yeniliyin olacağını
diqqətə çatdırdı. Bildirdi ki,
konfrans başa çatdıqdan sonra qonaqlar “YARAT” Müasir İncəsənət Məkanının
təşkilatçılığı ilə keçiriləcək
beynəlxalq incəsənət
festivalında iştirak
edəcəklər. Bu
da qonaqlar üçün daha zəngin proqram və təəssüratlar
vəd edir.
Yeni fikir və ideyalar
Tədbirdə çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov ölkəmizdə dövlətin teatrlarla sıx əlaqədə olduğunu diqqətə çatdırdı. Beynəlxalq Teatr İnstitutunun (BTİ) prezidenti Məhəmməd əl-Əfham konfransın mədəniyyətlər arasında körpü olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, incəsənət xadimlərinin bir araya gəlməsi dünyada sülhün təminatına xidmət edən vasitələrdəndir.
UNESCO-nun “Sülh artisti” Əli Mahdi diqqətə çatdırdı ki, Bakı Beynəlxalq Teatr Konfransı yeni fikir və ideyaların paylaşılmasına şərait yaradır: “İnanıram ki, konfrans iştirakçıları bəşəri hədəflərə çatmaq üçün öz səylərini əsirgəməyəcəklər”.
Beynəlxalq Kukla Teatrları İttifaqının (UNİMA) Kommunikasiya və ictimai əlaqələr üzrə komissiyasının sədri Katarina Klançnik-Kokutar təşkilatın Azərbaycanla əlaqələrindən söz açdı. Birgə əməkdaşlığı yüksək dəyərləndirdi. Açılış mərasimində həmçinin Rusiya Teatr Sənəti İnstitutunun rektoru Qriqori Zaslavski, Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyasının (ASSİTEJ) prezidenti İvet Hardi çıxış edərək konfransın dünya teatrlarının bir araya gəlməsi və qarşılıqlı fikir mübadiləsi baxımından önəmini vurğuladılar.
Bildirildi ki, XXI əsrdə teatr problemləri nəinki fəlsəfi anlamda, həm də mövcud olan problemlərin həlli yollarını da düşünməlidir. Bakı konfransı bu məsələlərə konseptual yanaşmağa imkan yaradır.
Sonra konfrans işini plenar iclaslarla davam etdirdi.
LALƏ
Mədəniyyət.- 2018.- 7
noyabr.- S.1;3