Beynəlxalq Həmzə Nigari simpoziumu keçirilib

 

 

 

Türkiyənin Amasya şəhərində “Azərbaycan Xalq Cümhuriyyətinin quruluşunun 100-cü ilində Türkiyə-Azərbaycan əlaqələri” mövzusunda IV Beynəlxalq Həmzə Nigari simpoziumu keçirilib.

Simpozium Amasya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetionun Şamaxı filialı, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Azərbaycan Türkləri Mədəniyyət, İncəsənət və Həmrəylik Dərnəyi (AZERDER) tərəfindən təşkil olunub. Tədbirə Türkiyə və Azərbaycan universitetlərinin, elm ocaqlarının əməkdaşları, İtaliya Beynəlxalq Yokoku Assosiasiyası, Dərbənd Azərbaycan Dövlət Dram Teatrı (Rusiya), Gürcüstan Qafqaz İrsi Araşdırma İnstitutu, İran Aşıqlar Birliyinin nümayəndələri qatılıb.

İştirakçılar öncə Mir Həmzə Nigarinin Amasya şəhərində yerləşən türbəsini, daha sonra Şirvanlı məscidini, Xocalı şəhidlərinin xatirəsinə salınmış parkı ziyarət ediblər.

Açılış mərasimində təşkilat komitəsinin həmsədrləri dosentlər Mətin HaqverdioğluFariz Xəlilli çıxış edərək tədbir iştirakçılarını salamlayıblar. Simpoziumda AMEA Folklor İnstitutundan filologiya üzrə fəlsəfə doktoru Sönməz Abbaslı “Qarabağda toy adətləri”, Fəridə MirişovaŞirvan bölgəsinin musiqi folkloru” başlıqlı məruzələrlə çıxış ediblər.

Amasyanın Suluova şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. MİRAS İB-in  Xançobanfolklor ansamblının, xanəndə Fəridə Mirişovanın, İrandan aşıqlar Səlcuq ŞahbaziArif Həmidinin, Dərbənd Azərbaycan Dövlət Dram Teatrının aktyorlarının çıxışları  maraqla qarşılanıb.

 

S.QALİBOĞLU

 

Mədəniyyət.- 2018.- 7 noyabr.- S.6.