“Bakıda mədəni səfərbərliyə
heyran oldum”
Beynəlxalq Muzeylər Şurasının (İCOM) prezidenti Suay Aksoy Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikovaya məktub ünvanlayıb. O, məktubda oktyabrın 10-12-də Xalça Muzeyində İCOM-un iki beynəlxalq komitəsinin dəstəyi ilə keçirilmiş “Dekorativ sənət və interyer” adlı konfrans haqqında xoş sözlərini ifadə edib.
Xalça Muzeyi tərəfindən ölkəmizə dəvətinə və burada gördüyü qonaqpərvərliyə görə minnətdarlığını bildirən Suay Aksoy, həmçinin ona Azərbaycan muzeyləri və irsi haqqında ətraflı bilgi almaq imkan yaradıldığı üçün Ş.Məlikovaya təşəkkür edib.
“Mədəniyyət naziri, Heydər Əliyev Fondunun, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun rəsmiləri və Bakını qlobal mədəniyyət mərkəzinə çevirməkdə əməyi olan insanlarla məhsuldar söhbətlərimin nəticəsində belə qənaətə gəldim ki, nəinki Bakıda, bütün ölkənizdə mədəni səfərbərlik var və buna heyran oldum”, – deyə o, məktubunda qeyd edir.
Suay Aksoy ölkəmizdə müvafiq qurumların qabaqcıl texnologiyalar və təşkilati imkanlarla təchiz olunmuş
konfrans zalları və incəsənət
mərkəzlərinin olmasını xüsusi
qeyd edərək bunu
İCOM İcraiyyə Şurasına təqdim edəcəyi hesabatda da
vurğulayacağını bildirib.
Mədəniyyət.- 2018.- 9
noyabr.- S.4.