Qürur mənbəyimiz”

 

 

Noyabrın 7-də İstiqlal Muzeyində Azərbaycanın Dövlət bayrağının qəbul edilməsinin 100-cü ildönümü münasibətilə “Qürur mənbəyimiz” adlı musiqili-bədii tədbir keçirildi.

Üçrəngli bayrağımız 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib, 1920-ci ilin 28 aprel işğalınadək Cümhuriyyətin dövlət rəmzi olub. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Cümhuriyyətin irsinə, o cümlədən bayrağına sahib çıxıb.

Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı sərəncama əsasən noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilib.

Tədbirdə Təhsil Nazirliyi Gənclərin Respublika bədii yaradıcılıq evinin təqdimatında musiqili-bədii proqram nümayiş etdirildi.

Tədbirdə Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Sərhəd Xidmətinin əsgərləri, məktəblilər və digər qonaqlar iştirak edirdi.

 

 

S.FƏRƏCOV

 

Mədəniyyət.- 2018.- 9 noyabr.- S.4.