Bilik Fondu
Dövlət Bayrağı Günü ilə
bağlı tədbirlər keçirib
Bilik Fondu “İl boyu bilik” proqramına uyğun olaraq, 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə bölgələrdə silsilə tədbirlər təşkil edib.
Dövlət Bayrağı Günü ərəfəsində Astara şəhər 1 və 5 nömrəli, Şiyəkəran kənd 2 nömrəli tam orta məktəblərin, yerli Pedaqoji Kollecin müəllim və şagird kollektivi müxtəlif günlərdə rayondakı Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Göygöl rayon Heydər Əliyev Mərkəzində keçirilən dəyirmi masada şəhərin 6 məktəbinin və Texniki təbiət təmayüllü liseyin şagird və müəllim kollektivi iştirak edib.
Daha bir tədbir Naftalan şəhər V.Namazov adına Körpələr evi-uşaq bağçasında gerçəkləşib.
Bayram ərəfəsində Bilik Fondunun “Qardaşlaşmış məktəblər”
layihəsinin iştirakçıları olan
Şamaxı rayon Sabir
qəsəbə tam orta
məktəbi və Qobustan şəhər
3 nömrəli tam orta
məktəbin şagirdləri arasında
“Bayrağımız - qürurumuzdur” mövzusunda keçirilmiş
inşa yazı müsabiqəsinin
qalibləri də mükafatlandırılıb.
Mədəniyyət.- 2018.- 9
noyabr.- S.4.