Dünyada teatrın problemləri , ona olan sevgi eynidir

 

 

 

V Bakı Beynəlxalq Teatr Konfransı barədə təəssüratlar

 

“XXI əsrin teatr fəlsəfəsi: mövcudluq konsepsiyasımövzusunda V Bakı Beynəlxalq Teatr Konfransına 40-dan çox ölkədən, eləcə beynəlxalq yaradıcılıq təşkilatlarından 120-dən çox nümayəndə qatılmışdı. İki gün ərzində maraqlı müzakirələrlə yadda qalan konfransda qonaqların bəzilərinin təəssüratlarını öyrəndik.

 

Məhəmməd əl-Əfxam (Beynəlxalq Teatr İnstitutunun prezidenti):

- Bakı konfransı mədəniyyətlər arasında körpüdür. Bu konfrans çərçivəsində millətlər öz fərqliliklərini unudub sənət naminə bir araya gəlir. Bizim təşkilat da buna hər zaman önəm verir, burada səslənən fikirləri diqqətdə saxlayır, eyni zamanda teatr sahəsində həm ayrı-ayrı ölkələrdə, həm bütün dünyada baş verən proseslərə münasibətini bildirir, problemlərin həll olunması yolunda öz səylərini əsirgəmir.

 

İvet Hardi (ASSİTEJ-in prezidenti):

- Bu konfransa bir neçə dəfə qatılmışam. Hər dəfə yenilənən mövzular, aktual problemlərin önə çıxarılması yaxşı haldır. Sessiyalarda dinləyicilərin fəal iştirakını da xüsusi qeyd etmək istərdim. Bu gün teatr sənəti necə tədris olunur, dünyadakı bütün müəllimlərin düşüncələri eynidirmi? Bu kimi suallar teatrın yaşaması, sabahı üçün düşünülən yeni metod axtarışlar onu sübut edir ki, bu sənətin bütün dünyada problemləri , ona olan sevgi eynidir. Ümidvaram ki, konfrans müxtəlif ölkələrin teatrşünasları tərəfindən müasir teatrın problemlərinin müzakirə edilməsinə həlli yollarının tapılmasına imkan yaradacaq.

 

Katarina Klançnik-Kokutar (Beynəlxalq Kukla Teatrları İttifaqı – UNİMA-nın Kommunikasiya ictimai əlaqələr üzrə komissiyasının sədri):

- Bakı Beynəlxalq Teatr Konfransında müasir teatrın aktual problemləri müzakirə edilir. Yüksək səviyyədə təşkil edilən bu konfrans dünyanın müxtəlif ölkələrindən teatr mütəxəssislərinin təcrübə mübadiləsi aparması baxımından böyük əhəmiyyət daşıyır. Bu nüfuzlu tədbir teatr xadimləri ilə ünsiyyətdə olmaq, fikir mübadiləsi aparmaq, teatr sahəsində mövcud olan problemləri müzakirə etmək gələcəkdə layihələr həyat keçirmək baxımdan hər bir iştirakçıya gözəl fürsətlər yaradır.

 

Qalina Verbitskaya (Rusiya):

- Mən konfransda klassik əsərlərin müasir səhnə həlli ilə bağlı fikirlərimi bölüşəcəyəm. İnanıram ki, klassik tamaşaların bu gün səhnədə daha fərqli təqdimata ehtiyacı var. Yüksək səviyyədə təşkil edilən bu konfrans çoxsaylı ölkələrdən teatr mütəxəssislərinin təcrübə mübadiləsi üçün gözəl imkandır.

 

Qriqori Zaslavski (Rusiya Teatr Sənəti İnstitutunun rektoru):

- Azərbaycan özünəməxsus teatr ənənələrinə malikdir. Ölkəniz bu gün beynəlxalq səviyyədə bu sahədə söz deməyə, dünya teatrlarını bir araya gətirərək “XXI əsrin teatr fəlsəfəsi: mövcudluq konsepsiyasımövzusunda müzakirələr aparmağa qadirdir. Belə tədbirlər teatr mühitində qarşılıqlı əlaqələrin inkişafına möhkəmlənməsinə kömək edir. Konfrans nəticəsində dünyanın dörd bir yanından gələn teatr mütəxəssisləri, rejissorlar, aktyorlar öz düşüncə təcrübələrini nümayiş etdirmək, mədəni mübadilə aparmaq imkanı əldə edirlər.

 

Atabak Nadiri (Tehran Dram Mərkəzinin şöbə müdiri):

- Artıq ikinci dəfədir bu konfransda iştirak edirəm. Yüksək səviyyədə təşkil edilən bu tədbir teatr xadimləri ilə ünsiyyətdə olmaq, fikir təcrübə mübadiləsi aparmaq, teatr sahəsində mövcud olan problemləri müzakirə etmək gələcəkdə birgə işlər, layihələr həyat keçirmək baxımdan əhəmiyyətli tədbirdir. İran İslam Respublikası ilə Azərbaycan arasında mədəni əlaqələr genişdir, hər iki ölkədə qarşılıqlı mədəniyyət günləri çərçivəsində teatr tamaşaları göstərilir bu istiqamətdə işlər gələcəkdə davam etdiriləcək.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2018.- 9 noyabr.- S.5.