Opera və Balet
Teatrına yeni baş
dirijor və musiqi rəhbəri
təyin edilib
Əməkdar artist, Prezident mükafatçısı, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri vəzifəsinə təyin edilib.
Əyyub Quliyev 2005-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Dirijorluq fakültəsini bitirib. N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında və Vyana Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb. Tələbə ikən o, dirijor kimi fəaliyyətə başlayıb.
2011-ci ildən Opera və Balet Teatrında çalışır. BMA-nın Xor dirijorluğu
kafedrasının dosentidir.
Sənət fəaliyyətinə görə
müxtəlif mükafatlarla
təltif olunub. 1998-ci ildə
adı Azərbaycanın
gənc istedadlarının
“Qızıl kitabı”na yazılmaqla Prezident təqaüdünə
layiq görülüb.
2008-ci ildə Mədəniyyət və
Turizm Nazirliyinin “Zirvə” mükafatının,
2015-ci ildə “Humay” milli mükafatının qalibi olub.
Əyyub Quliyev dirijor kimi dünyanın bir çox ölkələrində çoxsaylı
qastrol səfərlərində
olub. B.Safonov adına
Filarmonik və Novosibirsk Filarmonik
orkestrləri (Rusiya),
London Kral Filarmonik Orkestri, Vyana Dövlət Kamera Orkestri, Slovakiya Dövlət Kamera Orkestri, Türkiyə Prezident Simfonik Orkestri, A.Toskanini adına Filarmonik Orkestr (İtaliya), Ü.Hacıbəyli adına
Azərbaycan Dövlət
Simfonik Orkestri və s. kollektivlərilə
çıxış edərək
Azərbaycan simfonik musiqi sənətini layiqincə təmsil edib.
Mədəniyyət.- 2018.- 9 noyabr.- S.4.