Pantomima səhnəsində yeni tamaşa
Yaradıcı böhran
şəxsi böhrana qarışanda
Noyabrın
11-də Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində
“d`Dorian” adlı yeni tamaşa təqdim olunacaq.
Teatrdan bildirilib ki, teatrın baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadənin “d Dorian” (musiqi ladlarından biri) adlandırdığı səhnə əsərinə Əməkdar artist Nargilə Qəribova və Vüsal Rzasoy quruluş verib.
Sevgi mövzusuna həsr edilən səhnə əsərinin məğzi belədir: onlar bir-birini görüblər, bəyəniblər, bələd olub vurulublar və seviblər... Amma kişi-qadın münasibətlərinin böhran dövrünü keçə bilməyiblər. Bunda kişinin yaradıcı insan – musiqiçi olması da əlavə əngəl törədib – yaradıcı böhran şəxsi böhrana qarışıb... Və budur... Payız fəsli, şəhərin küçələrindən biri, küçə musiqiçisi gözündə qara eynək, əynində nimdaş plaş, üzünü-başını saç-saqqal basmış gitaraçı. Gənc qadın yol ötərkən ayaq saxlayır, geri dönüb onun qarşısına əsginas atır. Sonra nəzərini gitaraçının ətrafına səpələnmiş kağız qırıntıları cəlb edir...
Mədəniyyət.- 2018.- 9 noyabr.- S.7.