Mənim yay tətilim”in birinci sərgisi açılıb

 

12 yaşa qədər uşaqların əl işləri nümayiş olunur

 

Bakı Xətai Sənət Mərkəzinin elan etdiyi “Mənim yay tətilim-2018” adlı respublika uşaq rəsm müsabiqəsinin birinci yekun sərgisi açılıb.

Müsabiqəyə ümumilikdə 700-dək uşaq qatılıb. Müsabiqənin birinci yekun sərgisində 12 yaşa qədər 150 uşağın 160 işi nümayiş edilir.

Sərginin açılışından öncə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək layihənin əhəmiyyətindən danışıb.

Vurğulayıb ki, müsabiqə Mədəniyyət, Təhsil nazirlikləri, “Azərbaycan TeleviziyaRadio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə məktəblilərin yay tətili xatirələrini rənglərlə anlatma bacarıqlarını təkmilləşdirmək məqsədilə təşkil edilib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Müsabiqənin ikinci yekun sərgisində 12-17 yaşarası 140 uşağın 145 işi nümayiş ediləcək.

 

Mədəniyyət.- 2018.- 9 noyabr.- S.7.