“Yeni nəsil dəvət
edir”
Tələbələrinin ifasında populyar mahnı və romanslar
səslənib
Noyabrın
6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin Musiqi sənəti fakültəsinin tələbələrinin
“Yada düşər xatirələr” adlı konserti keçirilib.
Azərbaycan bəstəkarlarının mahnı və romanslarından ibarət konsert Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində reallaşıb.
Konsertdə tələbələrin ifasında E.İbrahimovanın “Daha məndə dözüm yox”, “Ey vətən”, A.Səmədzadənin “Bu dünyanı nağıl bilək”, E.Sabitoğlunun “Neyləyim”, ”Sən mənim deyilsən”, T.Quliyevin “Yol ayrıcında”, ”Ey sevincim Bakı”, “Kimsən sən”, X.Mirzəzadənin “Yadındamı”, Ə.Abbasovun “Heyran olmuşam”, İ.Babayevanın “O gözlər”, S.Əliyevanın “Qayıt əzizim”, V.Adıgözəlovun “Qərənfil”, “Şuşam lay-lay”, P.Bülbüloğlunun “Gəl, ey səhər” mahnıları səslənib.
Sonda konsertin bədii rəhbəri –Estrada sənəti kafedrasının müdiri Məryəm Babayeva tədbirin təşkilində əməyi olan hər bir kəsə minnətdarlığını bildirib.
LALƏ
Mədəniyyət.- 2018.- 9 noyabr.- S.3.