Müasir estradamızda klassik ənənələrin davamı

 

 

Tofiq Quliyevin 100 illiyinə həsr edilmiş “Estrada mahnısımüsabiqəsi qaliblərinin qala-konserti

 

Bulaq suyu kimi təmiz, insanın ruhunu oxşayan, incə, həm şaqraq musiqi sədaları altında Bakımızı, Xəzəri seyr etməkdən doymur ürək. Şəhərlə dənizin vəhdəti sanki özü bir musiqidir, mahnıdır. İlk dəfə bu mahnıları kimin səsləndirdiyini demək çətin olsa da, onları qədim şəhərin məşhur övladı Tofiq Quliyev bəstələyib...

Noyabrın 7-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyinə həsr edilən birinci “Estrada mahnısımüsabiqəsi qaliblərinin mükafatlandırılması qala-konserti keçirildi.

Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) Mədəniyyətkanalının təşkilatçılığı ilə keçirilən gecədə ilk olaraq bəstəkarın zəngin ömür salnaməsindən bəhs edən videoçarx nümayiş etdirildi, həyat yaradıcılığı haqqında məlumat verildi.

Bildirildi ki, birinci estrada mahnı müsabiqəsinin keçirilməsində əsas məqsəd unudulmaz bəstəkarın yüksək peşəkarlıqla yaratdığı musiqi incilərini örnək götürərək estrada janrında melodik zənginliyi, musiqi mətn vəhdəti, forma mükəmməlliyi, mövzu seçimi, mənəvi-estetik səviyyəsi ilə ədəbi-bədii meyarlara cavab verən yeni mahnıları aşkar etməkdir.

Qeyd olundu ki, Tofiq Quliyevin adı çəkiləndə, mahnıları səslənəndə göz önündə ilk olaraq Bakı canlanır. Çünki bəstəkar doğulub boya-başa çatdığı şəhərə könüldən bağlı idi. Ölməz əsərləri ilə milyonlarla insanın bədii zövqünü oxşayan ölməz sənətkar musiqiyə erkən yaşlarından maraq göstərmişdi. O, xalq mahnılarının gözəlliyindən ilhamlanaraq neçə-neçə gözəl əsərlər yaradıb. Bu nəğmələr elləri dolaşır, könüllərə hakim kəsilir.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə bildirdi ki, müsabiqə yeni adların estrada sənətinə gəlişi, Tofiq Quliyevin musiqi ənənələri klassik estrada məktəbinin qorunmasına xidmət edir.

Qeyd edək ki, ötən ilin dekabrın 8-də elan edilən müsabiqənin 1-ci seçim turuna ümumilikdə 57 peşəkar həvəskar bəstəkar tərəfindən 87 mahnı təqdim olunub. Şərtlərə görə müsabiqəyə təqdim edilən mahnılar heç yerdə səslənməmiş, dövrü mətbuatda dərc edilməmiş, vokal ilə müxtəlif tərkibli instrumental ansambl ya estrada orkestri üçün yazılmalı idi. Bu ilin mart-aprel aylarında müsabiqənin seçim turları keçirilib, oktyabrın sonunda qaliblər müəyyənləşib. Müsabiqənin nəticələri noyabrın 6-da Bəstəkarlar İttifaqında keçirilən tədbirdə elan edildi. Təqdim olunan əsərlər Xalq artistləri Firəngiz Əlizadə, Rauf Babayev, əməkdar artistlər Gövhər Həsənzadə Vüqar Camalzadədən ibarət münsiflər heyəti qiymətləndirilib.

Müsabiqədə I yerə “Sarı gül” mahnısına (sözləri Nüsrət Kəsəmənlinin) görə bəstəkar Rəna Qədimova,  II mükafata “Azərbaycan” mahnısına (sözləri - Fəxrəddin Ziya) görə bəstəkar, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, III mükafata “Nağıl gecəm” mahnısına (sözləri - Bəxtiyar Vahabzadə) görə bəstəkar İlahə İsrafilova layiq görülüb. ABİ üzvləri Zabitə Məmmədovanın “Bakı-qədim şəhərim” (sözləri Simuzər Nüsrətbəylinin), Yalçın Məlikovanın “Sözlər yanar” (sözləri Vahid Əzizin) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi Lalə Əhmədovaya “Qalx ayağa, Vətənim”  (sözləri Bilal Ənsərin) mahnıları diplomla təltif olunub.

Gecədə Əməkdar incəsənət xadimi Sərdar Fərəcov çıxış edərək müsabiqədə ikinci yerə layiq görülməyindən məmnunluğunu ifadə etdi. Estrada sənətimizin inkişafı üçün belə müsabiqələrin əhəmiyyətini qeyd edən bəstəkar vurğuladı ki, gələcəkdə bu müsabiqənin verdiyi stimulla neçə-neçə gözəl əsərlər yaranacaq.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi bildirdi ki, Tofiq Quliyev musiqini sevən hər bir azərbaycanlının qəlbində yaşayır. Onun musiqisi xarici ölkələrdə də sevilir.

Bəstəkarın doğum günündə reallaşan konsertdə Tofiq Quliyev bəstələri ilə yanaşı, Azərbaycan estradasının sevilən örnəkləri də səsləndi. Müsabiqənin qalib əsərləri də tamaşaçıların gurultulu alqışları ilə qarşılandı. Gənc və tanınmış ifaçıların təqdimatında səslənən yeni əsərlər müasir estradamızda klassik ənənələrin davamı olaraq tamaşaçıların zövqünü oxşadı.

Konsert proqramında ifaçıları Niyazi adına Dövlət Simfonik Orkestri, Azərbaycan Televiziyası və Radiosunun C.Cahangirov adına Xor kapellası və Estrada simfonik orkestri müşayiət edirdi.

 

LALƏ, SAVALAN

 

Mədəniyyət.- 2018.- 9 noyabr.- S.3.