Astanada gənclərin beynəlxalq
yaradıcılıq festivalı
Qazaxıstanın paytaxtı Astanada gənclərin “Şabyt” XXI beynəlxalq yaradıcılıq festivalı keçirilir. Ənənəvi olaraq hər il təşkil olunan festivala müxtəlif ölkələrdən 300-dən çox gənc qatılıb.
Qazaxıstan, Azərbaycan, Belarus, Gürcüstan, İsrail, Qırğızıstan, Rusiya, Ukrayna və Özbəkistanı təmsil edən iştirakçılar “Klassik musiqi”, “Xalq musiqisi”, “Pop vokal”, “Xoreoqrafiya” və “Jurnalistika” nominasiyaları üzrə yarışırlar.
Festival noyabrın 9-da qala-konsertlə başa çatacaq.
Mədəniyyət.- 2018.- 9 noyabr.- S.8.