Polşa məktəbinin kitabxanasına
kitablar hədiyyə edilib
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Zamoç şəhərinin meri Andjey Vnukun şəxsi dəvəti ilə Polşa müstəqilliyinin bərpasının banisi sayılan Yozef Pilsudskinin abidəsinin təntənəli açılış mərasimində iştirak edib.
Hərbi, siyasi və dövlət xadimi olan Y.Pilsudski 1918-ci il noyabrın 11-də elan edilmiş müstəqil Polşanın ilk dövlət başçısı olub.
Abidə ilk dəfə 1933-cü ildə heykəltəraş Yakub Yuşik tərəfindən düzəldilmiş və Zamoç şəhərinin mərkəzi meydanında ucaldılmışdı. 1942-ci ildə faşistlər tərəfindən partladılmış abidə 76 ildən sonra yenidən bərpa olunaraq əvvəlki yerində ucaldılıb.
Açılış mərasimində
iştirak edən səfir Həsən Həsənov
daha sonra H.Senkeviç adına 2 saylı orta məktəbi ziyarət edərək təhsil
ocağının kitabxanasına səfirlik tərəfindən
nəşr olunmuş 55 adda
kitab bağışlayıb.
Mədəniyyət.-
2018.- 14 noyabr.- S.2.