Regional idarələrdən xəbərlər

 

Qonaq gəlib bizə dostlar

 

Şəki Regional Mədəniyyət İdarəsinin şəbəkəsində fəaliyyət göstərən Şəki şəhər 3 saylı Uşaq musiqi məktəbinin, Zaqatala və Qax rayonlarının mədəniyyət evlərinin  şagird və müəllimləri Ağdaş Regional Mədəniyyət İdarəsinin kollektivi qarşısında rəngarəng konsert proqramı ilə çıxış edib. Konsert Ağdaş şəhər 1 nömrəli Uşaq musiqi məktəbində təşkil olunub.

Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Tahir Əliyev tədbir iştirakçılarını salamlayıb.

Konsert proqramında Anar Həsənovun, Pərviz Qəniyevin, Murad Abduləzizovun ifa etdiyi mahnılar, Zaqatala rayon Danaçı kənd Folklor evininAlazan” rəqs qrupu, Qax rayon Əlibəyli kənd Mədəniyyət evininİmedi” rəqs qrupunun çıxışları alqışlarla qarşılanıb.

Sonda Şəki Regional Mədəniyyət İdarəsinin əməkdaşı Xatirə Səlimli çıxış edərək konsertin yüksək səviyyədə təşkil olunmasına görə təşəkkürünü bildirib.

 

Sumqayıtda “Uşaqların payız sevinci

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə şəhərdəki  Nizami Gəncəvi adına Kitabxana-klubda “Uşaqların payız sevinci” adlı ədəbi-bədii gecə keçirilib.

28 saylı məktəbin şagirdləri payız fəslinə həsr olunmuş şeirlərdən nümunələr söyləyib, “Novruzgülüuşaq bağçasının fidanları rəqs, “Meşənin payız nağılı” səhnəciyini nümayiş etdiriblər.

Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin, kitabxana-klubun müdiri Zərnigar Babayeva uşaqlara xoş arzularını çatdırıblar.

Sonda kitabxananın əməkdaşı Səadət Allahverdiyeva mövzu ilə bağlı təşkil olmuş sərgi haqqında iştirakçılara məlumat verib.

 

Dövlətçilik tariximizin əlamətdar günləri

 

Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxanasında 12 noyabrKonstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.

Fəal oxucuların, Qazax Dövlət Sosial-İqtisadi Kolleci tələbələrinin iştirak etdiyi tədbirdə MKS-nin direktoru Solmaz Babanlı 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası barədə danışıb. Metodikabiblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynovanın “Dövlətin ali qanunu” adlı məruzəsi dinlənilib.

Qazax rayon MKS-nin Hüseynbəyli kənd kitabxana filialında isə “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı ədəbi-bədii kompozisiya təşkil olunub.

Tədbirdə dövlət bayrağımızın tarixindən bəhs olunub. Şagirdlər vətən, bayraq, azadlıq, müstəqillik haqqında şeirlər söyləyiblər.

 

Kürdəmirdə Kukla teatrı fəaliyyətə başlayıb

 

Kürdəmir Regional Mədəniyyət İdarəsinin Kürdəmir rayon Mədəniyyət Mərkəzinin nəzdində Kukla teatrı fəaliyyətə başlayıb. Noyabrın 12-də burada “Cırtdan” kukla tamaşası nümayiş olunub. Rayonda ilk yerli teatr kollektivinin yaranması xüsusi marağa səbəb olub.

İlk səhnə əsərinə azyaşlı uşaqlar, eləcə də müəllimlər və valideynlər baxıblar. Tamaşa uşaqlarda xoş təəssürat yaradıb.

Teatrın quruluşçu rejissoru Nazim Çıraqovun sözlərinə görə, gələcəkdə yeni tamaşaların səhnələşdirilməsi və digər rayonlarda qastrol səfərlərində göstərilməsi nəzərdə tutulur. Xatırladaq ki, teatrın heyəti Mədəniyyət mərkəzində çalışan istedadlı gənclərdən ibarətdir.

 

 

Mədəniyyət.- 2018.- 14 noyabr.- S.3.