Tarda sazda ifa edir Kiyoşi Ohira...

 

 

Tokionun Akasaka rayonunda yerləşənKibuniyarestoranında təşkil olunanAzərbaycan musiqisi axşamıadlı konsert proqramı keçirilib.

Artıq neçə illərdir ki, Yaponiyada yaşayan azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Gülnarə Səfərovanın yapon musiqiçi Kiyoşi Ohiranın tarda sazda səsləndirdiyi musiqi nömrələri böyük marağa səbəb olub.

Tədbir iştirakçılarına Azərbaycanın zəngin musiqi mədəniyyəti haqqında məlumat verilib. Azərbaycan muğamının, aşıq sənətinin, tar ifaçılığının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi vurğulanıb.

Konsertdə muğam, xalq mahnılarımız, bəstəkar mahnıları caz musiqisi səslənib.Dağların başı”, “Azərbaycan maralı”, “Bayat-Şiraz”, “Sarı gəlin”, “Ay Laçın”, Tofiq QuliyevinÖzgə xəyal eyləmə”, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsunkomediyasından mahnı, Qəmbər Hüseynlinin “Ay işığında”, Adil GərayınYar gəldimahnıları, məşhur cazmen Vaqif Mustafazadənin yaradıcılığından nümunələrin məharətli ifası alqışlarla qarşılanıb.

Kiyoşi Ohiranın sazda ifa etdiyi musiqi nömrələri böyük maraq doğurub.

Tamaşaçılara minnətdarlığını bildirən Gülnarə Səfərova onları noyabrın 25-də Tokioda tanınmış Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyi münasibətilə keçiriləcək konsertə dəvət edib.

 

Mədəniyyət.- 2018.- 14 noyabr.- S.3.