Mingəçevirin 70 illik
yubileyi ümumşəhər bayramına
çevrilib
Noyabrın 11-də nurlu Mingəçevirə şəhər statusu verilməsinin 70 ili tamam olub. Bu münasibətlə ümumşəhər bayramı keçirilib.
Əvvəlcə Mingəçevir Dövlət Dram Teatrının qarşısında sərgi təşkil olunub. Sərgidə şəhərin idarə, təşkilat və müəssisələrinin uğurları, sənaye və istehsal müəssisələrinin məhsulları, eləcə də Mingəçevirdə yaşayıb-yaradan rəssamların, tətbiqi sənət ustalarının əl işləri nümayiş etdirilib.
Yubiley tədbiri
Mingəçevir Dövlət
Dram Teatrında davam etdirilib.
Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini
icra edən, birinci müavin İlham İsmayılov bayram münasibətilə
sakinləri təbrik edib, 70 ildə Mingəçevirin keçdiyi
tarixi yoldan və müasir inkişafından danışıb.
Bildirilib
ki, Azərbaycan SSR Ali
Sovetinin Rəyasət
Heyətinin 1948-ci il 11 noyabr tarixli qərarına əsasən, Mingəçevir
qəsəbəsinə şəhər
statusu verilib. Diqqətə çatdırılıb ki, Mingəçevirə şəhər statusu verilməsi yaxın keçmişə aid hadisə
olsa da, Mingəçevirin tarixi daha qədim dövrlərə aiddir.
Bütün bunları isə
vaxtilə şəhər
ərazisində aparılan
arxeoloji qazıntılar
təsdiq edir. Qeyd edilib ki, şəhər
statusu aldıqdan sonra Mingəçevir böyük inkişaf yolu keçib.
Çıxışlardan sonra Mingəçevir şəhərinin qurulmasında
xidmətləri olan bir qrup şəxs
fəxri fərmanlarla
təltif edilib.
Sonda şəhərin 70 illik yubileyi münasibətilə
konsert proqramı təqdim edilib.
Mingəçeviri tərənnüm edən mahnılar, Fikrət
Əmirov adına Dövlət Mahnı və Rəqs
Ansamblı üzvlərinin rəqsləri və Mingəçevir
Dram Teatrı aktyorlarının
çıxışları bayram tədbirinin
iştirakçılarında xoş ovqat yaradıb.
Mədəniyyət.-
2018.- 14 noyabr.- S.3.