Müasir kitabxanaların aktual problemləri müzakirə olunub

 

 

Rusiya Federasiyasının Udmurtiya Respublikasının paytaxtı İjevsk şəhərində bu ölkənin Milli Kitabxanasının 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.

Konfransda Bakı şəhəri Yasamal rayon MKS-nin direktoru, UNESCO-nun “İnformasiya hamı üçünProqramının Azərbaycan komitəsinin sədri Lətifə MəmmədovaMüasir kitabxanalar: rəqəmsal zamanın problemlərinə cavabadlı məruzə ilə çıxış edib. Məruzədə respublikamızda kitabxana informasiya sahəsinə dövlət qayğısından, ölkəmizdə əsrlərlə formalaşıb inkişaf etmiş multikultural, tolerant mühitdən söz açılıb.

Tədbirdə kitabxana fəaliyyətinin aktual məsələləri müzakirə olunub, beynəlxalq kitab mübadiləsinin vacibliyi vurğulanıb.

Qonaqlar böyük rus bəstəkarı P.İ.Çaykovskinin Votkinskdəki ev-muzeyini ziyarət edib, Buranovo kəndində Bakıda keçirilən “Eurovision 2012” müsabiqəsində Rusiyanı təmsil etmişBuranovo nənələri” kollektivinin qonağı olublar.

 

Mədəniyyət.- 2018.- 14 noyabr.- S.4.