“Aşıq sənətinin Dədə Şəmşiri”

   

 

 

Noyabrın 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 12 nömrəli filialında Aşıq Şəmşirin 125 illiyinə həsr edilən “Aşıq sənətinin Dədə Şəmşiri” adlı tədbir keçirilib.

Filialın müdiri Vəsilə Məmmədova, aşıq Ramiz Quliyev və başqaları sənətkarın həyat və yaradıcılığından danışıblar.  Bildirilib ki, dövrünün görkəmli ustadı Aşıq Ələsgərdən çox şey görüb-götürən Aşıq Şəmşir şifahi xalq ədəbiyyatımızın dərin bilicisi, mahir dastan ifaçısı olmaqla yanaşı, yaradıcılığında Azərbaycan təbiətinin gözəlliklərini,  torpağa, yurda məhəbbəti tərənnüm edib.

Zəngilan musiqi məktəbinin, Kəlbəcər rayonunun Zabrat qəsəbəsində fəaliyyət göstərən 84 və 75 nömrəli orta məktəblərinin şagirdləri Aşıq Şəmşirin şeirlərini sazın müşayiəti ilə ifa ediblər.

 

Mədəniyyət.- 2018.- 14 noyabr.- S.6.