DTX-nin Mədəniyyət Mərkəzində
yeni kitabxana
açılıb
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində yaradılmış yeni kitabxananın açılışı olub.
Kitabxanada siyasət, hüquq, iqtisadiyyat, mədəniyyət, elm və digər sahələrə aid ümumilikdə beş mindən çox kitab yer alıb. Bu nəşrlərin əksəriyyəti Prezident Kitabxanasından, Mərkəzi Elmi Kitabxanadan, Milli Kitabxanadan, paytaxtda fəaliyyət göstərən digər kitabxanalardan və nəşriyyatlardan hədiyyə edilib. Burada elektron kitabxana da fəaliyyət göstərir.
Tədbir iştirakçıları sərgi salonunda DTX-nin Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyində fəaliyyət göstərən uşaqların bayraq mövzusuna dair rəsmlərindən ibarət sərgi ilə də tanış olublar. Uşaqlara həvəsləndirici sertifikatlar verilib.
Mədəniyyət mərkəzinin ansamblı və digər yaradıcı kollektivlər, tanınmış müğənnilərin, rəqs qruplarının iştirakı ilə bədii proqram təqdim edilib.
Mədəniyyət.-
2018.- 14 noyabr.- S.7.