“Nar bağı”
daha bir festivalda mükafat qazanıb
Polşanın Lüblin şəhərində
keçirilmiş “Golden Anteaters-2018” kinofestivalının qalibləri
bəlli olub. 8 tammetrajlı və 128 qısametrajlı filmin iştirak etdiyi festivalda azərbaycanlı
rejissor İlqar Nəcəfin “Nar bağı”
filmi baş mükafata – Qran-priyə layiq görülüb.
2017-ci ildə çəkilmiş
filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı
Firudin Allahverdi, icraçı prodüseri
Akif Əliyev, prodüserləri Müşfiq
Hətəmov və İlqar Nəcəfdir.
Bir Azərbaycan ailəsinin dramatik həyatından bəhs edən filmdə rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt və digərləri canlandırıblar. Ekran əsəri indiyədək bir neçə festivalda mükafat qazanıb.
Mədəniyyət.-
2018.- 14 noyabr.- S.8.