Bakı Xoreoqrafiya
Akademiyasında bayram tədbiri
Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayrağınla məsud yaşa” ədəbi-bədii kompozisiyası nümayiş olunub. İncəsənət fakültəsi Tələbə elmi cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə müstəqilliyimizin atributlarından olan bayrağımız haqqında məlumat verilib.
Tədris işləri üzrə prorektor, professor Sevda Sadıxbəyova, İncəsənət fakültəsinin dekanı, dosent Aygül Hüseynova, Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov çıxış edərək bayram münasibətilə tədbir iştirakçılarını təbrik ediblər. Vurğulanıb ki, bayraq hər bir dövlətin müstəqillik, yenilməzlik rəmzidir.
Bədii hissədə BXA-nın prorektoru, Xalq artisti Təranə Muradovanın tələbələri
müxtəlif musiqi nömrələri, o cümlədən Üzeyir
Hacıbəylinin “Cəngi” əsərini, milli
rəqslərimizin möhtəşəm nümunəsi olan “Qarabağ
yallısı”nı ifa edib,
digər ixtisaslar üzrə bakalavr təhsili alan tələbələr
bayraq mövzusunda
şeirlər söyləyiblər.
Mədəniyyət.-
2018.- 14 noyabr.- S.6.