Kiyevdə Maqomayevin
xatirəsi yad edilib
Ukrayna paytaxtında Azərbaycanın Dövlət Bayrağı Günü və dünya şöhrətli müğənni, bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert proqramı təqdim edilib.
Konsert ölkəmizin Ukraynadakı səfirliyi və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun birgə dəstəyi ilə Kiyev Opera Teatrında keçirilib.
Ukraynanın Xalq artisti, məşhur müğənni Vladimir Qrişkonun iştirakı ilə keçirilən konsertdə M.Maqomayevin repertuarından mahnılar səsləndirilib.
Sonda Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Vüsal Süleymanov və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov çıxış edərək iki ölkə arasında mədəni əlaqələrin inkişafındakı xidmətinə görə V.Qrişkoya təşəkkür ediblər.
Qeyd olunub
ki, bu tədbir Ukraynada yaşayan azərbaycanlılar
üçün ikiqat
bayramdır. Həm dövlət bayrağımızın 100 illiyi qeyd olunur,
həm də dünya şöhrətli sənətkarımız
M.Maqomayevin xatirəsi anılır.
Mədəniyyət.- 2018.- 14
noyabr.- S.8.