Səttar Bəhlulzadənin heç vaxt nümayiş olunmayan əsərləri
sərgilənəcək
Noyabrın 16-da Müasir İncəsənət Muzeyinin əsaslı təmirdən sonra açılışı münasibətilə Xalq rəssamı Səttar Bəhlulzadənin “Cizgi təranəsi” adlı sərgisi açılacaq.
Rəssamın 110 illik yubileyi ərəfəsində açılacaq sərgidə sənətkarın şəxsi kolleksiyasından heç vaxt nümayiş olunmayan qrafik əsərləri təqdim olunacaq. Sərgidə fırça ustasının 130-dan çox nadir əsərindən ibarət ekspozisiya nümayiş etdiriləcək.
Mədəniyyət.- 2018.- 14
noyabr.- S.2.