Mədəniyyət naziriRossotrudniçestvonun ölkəmizdəki nümayəndəsi ilə görüşüb

 

 

Mədəniyyət naziri Əbülfəs Qarayev noyabrın 12-də Rusiya Federasiyasının “RossotrudniçestvoFederal Agentliyinin (MDB-də, xaricdə yaşayan soydaşlar və beynəlxalq humanitar əməkdaşlıq işləri üzrə qurum) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisovu qəbul edib.

Görüşdə Mədəniyyət Nazirliyi ilə nümayəndəlik arasında münasibətlərdən məmnunluq ifadə edilib, əməkdaşlığın perspektivləri müzakirə olunub.

V.Denisov nazirə nümayəndəliyin fəaliyyəti, həyata keçirilən layihələr barədə məlumat verib.

 

Mədəniyyət.- 2018.- 14 noyabr.- S.2.