UNESCO Strategiya
Forumunda “Bakı Prosesi” haqqında məlumat verilib
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində
təşkilatın dəyər
və prinsipləri kobudcasına pozulub
Noyabrın 13-də Koreya Respublikasının Xarici İşlər Nazirliyi və UNESCO üzrə Milli Komissiyasının təşkilatçılığı
ilə Seul şəhərində “2018-ci il
UNESCO Strategiya Forumu” keçirilib. Forumda ölkəmizi Xarici
İşlər Nazirliyinin
xüsusi tapşırıqlar
üzrə səfiri
– UNESCO üzrə Azərbaycan
Respublikası Milli Komissiyasının baş
katibi Elnur Sultanov təmsil edib.
Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən bildiriblər
ki, tədbirdə
UNESCO-nun qarşılaşdığı
təhdidlər, gələcək
fəaliyyət strategiyası
və üzv dövlətlərin təşkilat
ilə əməkdaşlıq
məsələləri müzakirə
edilib.
E.Sultanov forumun “UNESCO üzv dövlətlərin gözü
ilə” adlı sessiyasında təqdimatla
çıxış edib. O, Azərbaycan-UNESCO
əlaqələrindən danışaraq
ölkəmizin təşkilatla
əməkdaşlığa böyük önəm verdiyini bildirib. Səfir “Bakı Prosesi” haqqında da məlumat verib. Vurğulayıb ki, 2008-ci ildə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə əsası qoyulan “Bakı Prosesi” mədəniyyətlərarası
dialoqun təşviqi sahəsində qlobal platformaya çevrilib.
E.Sultanov “Bakı Prosesi” çərçivəsində həyata keçirilən
UNESCO-Azərbaycan əməkdaşlığının
bunun bariz nümunəsi olduğunu deyib. Bu il “Bakı Prosesi”nin 10 illiyinin qeyd edildiyi diqqətə çatdırılıb.
Xüsusi
tapşırıqlar üzrə
səfir Azərbaycanla
UNESCO arasında mövcud
sıx əlaqələrin
inkişafında və
genişləndirilməsində Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri
xanım Mehriban Əliyevanın müstəsna
xidmətlərini vurğulayıb.
Ermənistanın Azərbaycana təcavüzü
nəticəsində UNESCO-nun dəyər və prinsiplərinin də kobudcasına pozulduğunu
diqqətə çatdıran
diplomat Ermənistan tərəfindən
işğal olunmuş
ərazilərimizdə həyata
keçirilən mədəni
işğal və təmizləmə siyasəti
nəticəsində ölkəmizə
məxsus bütün
tarixi və mədəni irsin məhv edildiyini bildirib və beynəlxalq ictimaiyyəti
buna qarşı öz səylərini artırmağa çağırıb.
E.Sultanov, həmçinin UNESCO-nun qarşılaşdığı
təhdidlər, nəzərdə
tutulan islahatlar prosesi və gələcək fəaliyyəti
ilə bağlı fikirlərini bölüşüb.
Azərbaycanın Koreya Respublikasındakı
səfiri Rəmzi Teymurov da tədbirdə
iştirak edib.
Sonda “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı videoçarx
nümayiş olunub.
Mədəniyyət.- 2018.- 14
noyabr.- S.1-2.