1918-ci il
soyqırımının 100 illiyinə həsr olunmuş elektron toplu
Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olan 1918-ci il soyqırımının 100 illiyinə həsr olunmuş “Əsrin qan yaddaşı” adlı elektron toplu hazırlanıb. Layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Effektiv Təşəbbüslər Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilib. Tarixi həqiqətlərin dünyaya yayılması məqsədi daşıyan elektron toplu rus və ingilis dillərində yaradılıb.
Xatırladaq ki, Prezident İlham Əliyev 18 yanvar 2018-ci il tarixində “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzalayıb. Sərəncam erməni-bolşevik silahlı dəstələrinin bir əsr əvvəl azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılmasını qarşıya məqsəd qoyur. Dövlət başçısı bu mövzuda çıxışlarında bir məqamı xüsusi vurğulayır ki, tarixi həqiqətlərin yayılmasında müasir informasiya vasitələrindən, internetin imkanlarından geniş istifadə etməliyik.
Son illər bu
istiqamətdə bir sıra layihələr
həyata keçirilib. Effektiv
Təşəbbüslər Mərkəzinin
reallaşdırdığı layihə də bu
məqsədə xidmət edir. Layihə
üzrə rus (“Кровная память века”) və ingilis (“Blood Memory of The
Century”) dillərində tərtib edilən
elektron toplu ictimai birliyin
azerbaycanlı.org saytında yerləşdirilib.
Mədəniyyət.-
2018.- 16 noyabr.- S.6.