“Ailəliklə kitabxanaya”
– mütaliənin təbliği, asudə vaxtın səmərəli
təşkili
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi və Bilik Fondunun birgə təşkilatçılığı ilə noyabrın 15-də “Ailəliklə kitabxanaya” layihəsinə start verilib.
Milli Kitabxanada keçirilən tədbirdə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva layihənin məqsədi barədə məlumat verib. Bildirib ki, əsas məqsəd cəmiyyətin diqqətinin mütaliəyə cəlb olunması, ailədə mütaliə ənənəsinin təbliği, mütaliə vasitəsilə ailənin sosial və psixoloji funksiyalarının möhkəmləndirilməsi, eləcə də asudə vaxtın mənalı, səmərəli və düzgün nizamlanmasıdır.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov layihənin faydalarından bəhs edərək ailə institutunun möhkəmlənməsində mütaliənin rolundan danışıb. Qeyd edib ki, ailə üzvlərinin bir-biri ilə daim ünsiyyətdə olması vacibdir. Kitab oxumaqla, kitabların müzakirəsi ilə bu ünsiyyəti qurmaq mümkündür.
Azərbaycan Milli
Kitabxanasının direktoru Kərim Tahirov ailənin möhkəm təməllər
üzərində qurulması üçün
belə maarifləndirici layihələrin həyata
keçirilməsinin məqsədəuyğun olduğunu
deyib. Tədbirdə digər
çıxış edənlər layihənin əhəmiyyəti
barədə fikirlərini bildiriblər.
Mədəniyyət.- 2018.- 16
noyabr.- S.1.