XorvatiyadaZeytun ağacları” mədəni marşrutu üzrə beynəlxalq konfrans

 

 

 

14-16 noyabr tarixində Avropa Şurası və Xorvatiya Turizm Nazirliyinin təşkilatçılığı ilə Mali Losinj adasında “Avropa dəyərləri, miras və davamlı inkişaf üçünZeytun ağacları” mədəni marşrutu modeli kimi” adlı beynəlxalq konfrans keçirilir. Tədbirdə Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin sektor müdiri Günel Aslanova iştirak edir.

Tədbirin açılışında Xorvatiyanın xarici işlər nazirinin müavini Mario Horvatiç, Avropa Şurasının nümayəndəsi Stefano Dominioni layihənin əhəmiyyətindən danışıblar.

Avropa ölkələrində mədəni marşrutların müxtəlif növlərinin inkişaf etdiyi və beynəlxalq təşkilatların, eləcə də bu təşkilatlara üzv ölkələrin mədəni marşrutlar layihələrində təmsil olunmağa böyük önəm verildiyi vurğulanıb. Avropa Şurasının layihəsi olanZeytun ağacları” layihəsinin son illər geniş yayıldığı və maraqlı mədəni marşrutlardan biri olduğu qeyd edilib.

Tədbir çərçivəsində Mədəniyyət Nazirliyinin Mədəni marşrutların inkişafı və marketinq sektorunun müdiri Günel AslanovaAvropa Şurasının nümayəndəsi Stefano Dominioni arasında görüş keçirilib. Görüşdə Azərbaycanın “Zeytun ağacları” mədəni marşrutuna qoşulması barədə ətraflı müzakirələr aparılıb, Bakı ətrafında mövcud olan zeytun bağları, habelə zeytundan hazırlanan qidakosmetik məhsullar barədə məlumat verilib.

Eyni zamanda ölkəmizin mədəni zənginliyi, UNESCO-nun siyahılarına daxil edilmiş nümunələr haqqında təqdimat həyata keçirilib.

Qeyd edək ki, Azərbaycanın bu beynəlxalq mədəni marşruta qoşulması üçün imkanların mövcudluğu həm Avropa Şurası, həm də üzv ölkələrin ekspertləri tərəfindən yüksək qiymətləndirilir.

 

Mədəniyyət.- 2018.- 16 noyabr.- S.2.