Xalq artisti Tofiq
Bakıxanovun müəllif
konserti
Sənət axşamı Vasif və Rauf
Adıgözəlovların xatirəsinə ithaf edilmişdi
Noyabrın 13-də Azərbaycan Bəstəkarlar İttifaqının
Üzeyir Hacıbəyli
adına konsert salonunda tanınmış bəstəkar,
Xalq artisti, professor Tofiq Bakıxanovun müəllif konserti oldu.
Konsert proqramı
görkəmli bəstəkar,
Xalq artisti Vasif Adıgözəlovun
(1935-2006) və Əməkdar
incəsənət xadimi,
vokal və skripka ifaçısı Rauf Adıgözəlovun
(1940-2002) xatirəsinə həsr
edilmişdi.
Bəstəkarlar İttifaqının sədri,
Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək
muğam ustası Zülfü Adıgözəlovun
ailəsində anadan olan hər iki
sənətkarın ömür
və yaradıcılıq
yolundan söz açdı. Bildirdi ki, bu gün Azərbaycan bəstəkarlıq məktəbinin
yüksək nailiyyətlərindən
danışarkən, sevimli
bəstəkarımız Vasif
Adıgözəlov da
yada düşür.
Onun əsərləri bu gün də peşəkar musiqiçilər,
ictimaiyyət tərəfindən
sevilir və yüksək qiymətləndirilir.
Sonra Firəngiz
Əlizadə tanınmış
müğənni və
skripka ifaçısı
Rauf Adıgözəlov
haqqında danışdı. Qeyd etdi
ki, o, 1961-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını, sonra
Moskva Dövlət Konservatoriyasını bitirib.
Azərbaycan Dövlət Simfonik
Orkestrində konsertmeyster
olub, 1966-cı ildən
isə Azərbaycan Dövlət Kamera Orkestrində fəaliyyət
göstərib. Məlahətli səsi olan sənətkar mahnı janrının inkişafına
töhfələr verib.
O, həmçinin klassik
və müasir bəstəkarların əsərlərini
skripkada özünəməxsus
zərifliklə səsləndirib.
Xalq artisti Tofiq Bakıxanov çıxış edərək
maraqlı yaradıcılıq
xatirələrindən söz
açdı. Qeyd etdi ki, əvvəllər dahi bəstəkarlar Ü.Hacıbəyli,
Q.Qarayev, F.Əmirovun müəllif konsertləri
keçirilərdi. Bəstəkarlar İttifaqının təşkilatçılığı
indi də belə müəllif konsertləri gerçəkləşir.
O, tədbirin təşkilatçılarına
və iştirakçılara
öz dərin təşəkkürünü bildirdi.
Daha sonra Vasif Adıgözəlovun
çıxışının və Rauf Adıgözəlovun
ifasında Tofiq Bakıxanovun mahnı və romanslarının
lent yazısı səsləndirildi.
Sonda Tofiq Bakıxanovun Vasif və Rauf
Adıgözəlov qardaşlarına
ithaf olunmuş violin və piano üçün
11 nömrəli “Xatirə-sonata”,
piano üçün 3 prelüd,
violin və piano üçün
12 nömrəli “Xatirə-sonata”
əsərləri ifa
olundu.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2018.- 16
noyabr.- S.4.