Xalq yazıçısı Elçinin romanlarının Almaniyada yeni nəşrləri

 

 

 

Almaniyada Xalq yazıçısı Elçinin yaradıcılığına maraq günü-gündən artmaqdadır. Bu ilin əvvəllərində ədibin “Baş” romanı alman dilində nəşr olunduqdan sonra, onun yaradıcılığına oxucuların və ədəbi ictimaiyyətin marağı daha da artıb.

Bu günlərdə Berlinin “Pem Verlaq” nəşriyyatı bir-birinin ardınca yazıçının “ dəvə” və “Ölüm hökmü” romanlarını nəşr edib.

Qeyd edək ki, “ dəvə” romanı Qərbi Almaniyada ilk dəfə hələ 1989-cu ildə nəşr olunub və yüksək qiymətləndirilib. “Ölüm hökmü” romanının isə Almaniyada ilk nəşridir. Əsəri alman dilinə Karl Hermann Kiel tərcümə edib. Nəfis şəkildə çap olunmuş kitabın tərtibatçısı rəssam Yohn Viliam Vaterhousedir.

Xatırladaq ki, bu, Elçinin Almaniyada nəşr edilmiş sayca altıncı kitabıdır. 1980-ci illərdə yazıçının “Mahmud və Məryəm” romanı nəşr olunub, sonradan həmin roman “XX əsrin məşhur romanları” seriyasından yenidən çap edilib. Hazırda isə ədibin seçilmiş pyeslərindən ibarət kitabı alman dilində nəşrə hazırlanır.

 

Mədəniyyət.- 2018.- 16 noyabr.- S.6.