Elektron kitabxana işi ilə bağlı növbəti
treninq
Noyabrın 13-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Şəki, Gəncə şəhər, Qax, Ağcabədi, Göyçay,
Zərdab, Quba, Ucar, Astara, Ağdaş,
Qusar, eləcə də paytaxtın Səbail, Binəqədi, Nəsimi, Nərimanov, Yasamal, Xətai rayon MKS-lərinin əməkdaşları
üçün treninq
başlanıb.
Treninq ölkə başçının
2007-ci il 20 aprel tarixli sərəncamı ilə yaradılmış “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”, habelə Mədəniyyət Nazirliyinin
təşkilati dəstəyi
ilə “Facebook” və “Youtube”da fəaliyyət göstərən
“Kitabsevər uşaqlar”
layihəsi üzrə
keçirilir.
Beş gün davam edəcək treninqdə
“Corel Draw” proqramında iş,
“Kitabxanalarda tətbiq
olunan müasir innovativ layihələr”,
“AZLİBNET-ə düzgün ədəbiyyatın seçilməsi,
təhlükəsizlik məsələləri,
müəllif hüquqları”,
“ALİSA proqramı, kitab
və dövri mətbuatın proqrama daxil edilməsi, oxucuların qeydiyyatı”,
“Türkdilli dövlətlərdə
müasir kitabxana xidməti”, “Elektron kitablar, audio kitablar, onların seçilməsi,
onlar üzərində
əməliyyatların aparılması”
mövzularında məruzələr olacaq.
Treninqin sonunda iştirakçılara
sertifikatlar veriləcək.
Mədəniyyət.-
2018.- 16 noyabr.- S.5.