Euronews” kanalında V Bakı Beynəlxalq Teatr Konfransı haqqında süjet yayımlanıb

 

 

 

Euronews” beynəlxalq telekanalı Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə 5-6 noyabr tarixində Bakıda keçirilən V Beynəlxalq Teatr Konfransı haqqında süjet yayımlayıb. Vurğulanıb ki, “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” mövzusuna həsr edilən konfransda 40-dan çox ölkədən teatr mütəxəssisləri iştirak edib.

Süjetdə konfrans çərçivəsində “Teatr bu günsabah: sənətin qlobal tendensiyaları və inkişafı” mövzusunun müzakirəsi diqqət mərkəzinə çəkilib. Bu kontekstdə Rusiya Teatr Sənəti İnstitutunun rektoru Qriqori Zaslavskinin mövzu ilə bağlı fikirlərinə geniş yer verilib. Rektor teatrın gələcəyi barədə deyib:

Biz bu gün sabahın, gələcəyin teatrı üçün aktyorrejissorlar yetişdiririk. Təhsil müəssisəmizdə “Sabah teatrı” laboratoriyaları da fəaliyyət göstərir. Laboratoriyanın himayədarı Oleq Deripaska bir müddət əvvəl Moskva Bədii Akademik Teatrında aktyorlarla görüşərək onlara: “Teatrın gələcəyini necə görürsünüz” sualı ilə müraciət etmişdi. Cavab belə olmuşdu: Yeni texnologiyamüasir avadanlıqlarla işləyən aktyor bu avadanlıqlardan asılı vəziyyətə düşməməlidir, əksinə, bu avadanlıqlar insana yeni ideyaların yaradılmasında yardımçı olaraq gələcəkdə aktyorların rolu və dəyərini daha da artırmalı, inkişaf etdirməlidir”.

Q.Zaslavski müsahibəsində bildirir ki, konfransın təşkilatçıları və iştirakçıları  çıxışları zamanı bir daha vurğuladılar ki, bu gün teatr sənəti mütləq şəkildə mədəniyyətlərin, millətlərin və tamaşaçı auditoriyasının dialoquna, birliyinə xidmət etməlidir. Teatr sənəti mədəni müxtəlifliyi bir araya gətirərək yaşatmalıdır.

Telekanalda yayımlanan süjetdə həmçinin Beynəlxalq Kukla Teatrları İttifaqı (UNİMA) Kommunikasiyaictimai əlaqələr üzrə komissiyasının sədri Katarina Klançnik Kokutarın da fikirlərinə yer verilib. Kukla tamaşalarının əhəmiyyətinə toxunan mütəxəssis bildirib ki, belə səhnə əsərləri vasitəsilə uşaqlar teatr sənəti ilə tanış olurlar: “Bu tamaşaları izləmək uşaqlara daha yaxşı dinləmək, daha diqqətlə izləmək, daha çox oxumaq vərdişləri qazandırır. Festival çərçivəsində Yunanıstanın Merlin Kukla Teatrı tərəfindən “Heç kimin torpağı” adlı tamaşa  göstərildi. Tamaşa tənha varlığın yalnızlığının tarixçəsi, seçiminin məqsədi, axtarışlarının nəticəsini əks etdirirdi”.

Katarina Klançnik Kokutar qeyri-adi və çoxplanlı “No Gravity” teatrının konfrans çərçivəsində təqdim etdiyi tamaşadan da söz açıb. Bildirib ki, musiqi, rəqs, sirk elementləri, qeyri-adi xoreoqrafiyadekorasiya, rəqqasələr, musiqiçilər və ifaçıların bərabər çıxışları tamaşanın əsasını təşkil edirdi. “Rejissorxoreoqraf  Emiliano Pellicari öz axtarışlarında renessansbarokko teatr ənənələrindən ilhamlanaraq 17-ci əsrin “möcüzəli teatr” prinsiplərini əsas götürür. Tamaşanın gur alqışlarla qarşılanması ona işarə idi ki, köhnə ənənələr bu gün də qəbul edilir və dəbdən düşmür”, - deyə UNİMA-nın nümayəndəsi vurğulayıb.

 

Mədəniyyət.- 2018.- 16 noyabr.- S.6.