“Aytmatov
və teatr” festivalında “Manqurt” göstərilib
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Qırğızıstanda keçirilən
“Aytmatov və teatr” festivalında ölkəmizi təmsil edib. Səfər Mədəniyyət
Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və ölkəmizin Qırğızıstandakı
səfirliyinin dəstəyi
ilə reallaşıb.
Böyük qırğız yazıçısı
Çingiz Aytmatovun 90
illik yubileyinə həsr olunan festivala Rusiya, Qazaxıstan, Özbəkistan
teatrları da qatılıb.
Milli Dram Teatrı
festivalda ədibin “Gün var əsrə
bərabər” romanının
motivləri əsasında
hazırlanan “Manqurt” tamaşasını təqdim
edib.
Səhnə əsərinin bədii rəhbəri Anar Babalı, rejissoru Mədəniyyət və
İncəsənət Universitetinin
diplomantı İzamə
Babayeva, rəssamı
Əməkdar mədəniyyət
işçisi İlham
Elxanoğludur. Birhissəli epik rəvayət olan tamaşada əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov,
aktyorlar Ramin Şıxəliyev, İmran
Ali Qurban, Əminə
Babayeva, Mehman Fətullayev rol alıb.
Mədəniyyət.-
2018.- 16 noyabr.- S.4.