Mədəniyyət sahəsində elmi-metodik əməkdaşlıq müzakirə
olunub
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən VII Beynəlxalq Mədəniyyət Forumuna bu sahədə ixtisaslaşmış dövlət qurumlarının rəhbərləri, mədəniyyət menecerləri, alim və mütəxəssislər də qatılıb.
Azərbaycan nümayəndə heyətinin tərkibində yer alan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev forum çərçivəsində təşkil olunmuş bir neçə tədbirdə iştirak edib.
Onun forumun panellərindən birinin təşkilatçısı olan Rusiyanın Mədəni Proqramlar İnstitutunun rəhbərliyi ilə görüşündə iki müəssisə arasında əlaqələrin perspektivləri müzakirə edilib və əməkdaşlıq memorandumunun imzalanmasına dair razılıq əldə olunub. Mədəni Proqramlar İnstitutunun rəhbəri Yelena Smirnova əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Gələcək əlaqələrin prioritet istiqamətlərindən biri mədəniyyət sahəsində
çalışan mütəxəssislər üçün
təlimlərin keçirilməsidir. Həmçinin metodiki vəsaitlərin və tədris
proqramlarının hazırlanmasında əməkdaşlıq
nəzərdə tutulur.
Mədəniyyət.-
2018.- 16 noyabr.- S.2.