Şirvanşahlar dövlətinə aid eksponatlar bir sərgidə

 

 

Dünya muzeylərindən gətirilən nümunələr dövlətçilik tariximizi, mədəni zənginliyimizi nümayiş etdirir

 

“...Bilinməyir yaşın sənin, Nələr çəkmiş başın sənin”.  Xalq şairi Səməd Vurğunun dillər əzbəri olanAzərbaycanşeirindən bu misralar tarixi yaddaşımızın dolğun ifadəsi baxımından dəyərli nümunədir. Əsrlər boyu bərəkətli torpağı, zəngin sərvəti sarıdan başı müsibətlər çəkən Azərbaycan həm öz mədəniyyəti sənəti ilə tarixdə iz qoya bilib. Müharibələr meydanına çevrilən yurdumuzun sərvətləri, qiymətli tarixi mədəni nümunələrimiz uzaq məmləkətlərə daşınıb. Bu gün dünyanın məşhur muzeylərində qorunan Azərbaycana aid tarixi sənədlər eksponatlar bunu bir daha təsdiq edir...

İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən oktyabrın 24-də Şirvanşahlar Sarayı Muzey Kompleksində açılanŞirvanşahlar irsi dünya muzeylərindəsərgisi dövlətçilik tariximizin zənginliyini nümayiş etdirir. 2019-cu il yanvarın 23-dək davam edəcək ekspozisiya ilə bu günlərdə biz tanış olduq.

Muzey kompleksinin Elmi tədqiqatlar ekspozisiya şöbəsinin müdiri Səadət Ələkbərova bizə sərgi barədə məlumat verdi.

Nümayiş olunan hər bir eksponat özlüyündə tariximizə şahidlik edir. Onlarla tanış olduqca qəribə təəssüratqürur, eyni zamanda təəssüf hissi yaşayırıq.

 

Qərib taleli tarix yadigarları

 

Səadət xanım qeyd edir ki, sərgidə dünyanın ən böyük muzeylərindən gətirilən nadir eksponatlar nümayiş olunur. Sərginin əsas eksponatlarını isə İstanbul Əsgəri Muzeyi tərəfindən təqdim olunan nümunələr təşkil edir.

XVI əsrin əvvəllərində qanlı döyüşlərdən sonra Şirvanşahlar sarayından qənimət kimi aparılan sonuncu Şirvan hökmdarı Fərrux Yasara aid 4 dəbilqə, Şirvanşah Keyqubad Şirvanşah I Xəlilullaha aid zirehli köynəklər 5 əsrdən sonra, müvəqqəti olsa, öz doğma məkanında sərgilənir. Həmçinin Gürcüstan Milli Muzeyindən gətirilən Pir Hüseyn xanəgahına məxsus kaşı nümunələri nümayiş olunur.

VI əsrdən XVI əsrədək yaşamış Şirvanşahlar dövlətinin iqtisadi qüdrəti, hərb tarixi, mədəniyyəti, məişəti burada cəmlənib sanki. Hər bir eksponat bizə uzaq keçmişdə yaşayan ulularımızın həyat tərzindən, həmin dövrün ab-havasından xəbər verir. Sərgidə təqdim edilən Şirvanşahlar dövrünə aid numizmatika örnəkləri sırasında dünyada 3 nadir nümunədən  biri hesab olunan sikkələrə rast gəlirik. Daha maraqlı bir guşə Şirvanşahlar dövrünə aid tarixi abidələrin maketlərindən ibarət olan hissədir ki, burada bu günümüzə kimi qorunub saxlanılan eyni zamanda fotolarda yaşayan, lakin müharibələr zamanı dağıdılan abidələr öz əksini tapıb.

Səfəvilər hakimiyyətə gəldiyi zaman döyüşlərin gedişində Şirvanşahların talan olunmuş varidatı Təbrizə aparılır. 1514-cü ildə Çaldıran döyüşündə Osmanlı hökmdarı Sultan Səlimlə döyüşdə məğlub olan Səfəvilərin tarixi mədəni irsi bu dəfə Təbrizdən İstanbula daşınır. Ona görə bu gün Şirvanşahlar dövlətinin sarayına aid əşyalar, zəngin saray kitabxanasının əlyazmaları Türkiyənin arxiv kitabxanalarında qorunub saxlanılır.

Sərgidə dünya muzeylərində qorunan Şirvanşahlar irsinə aid olan sənədlər müxtəlif eksponatların 3D holoqrama nümunələri diqqəti çəkir. Bu sıraya Qətərin paytaxtı Dohanın İslam İncəsənəti Muzeyində saxlanılan Şirvanşah I Xəlilullaha məxsus dəbilqə, London, Luvr, Metropolitan  kimi məşhur muzeylərdə qorunan toqqalar, məişət sənət nümunələri daxildir.

Ermitajda (Sankt-Peterburq) qorunan lüləyin həmin guşənin ən gözəl nümunəsidir desək, yanılmarıq. Şərq dünyasında şedevr əsər sayılan bu məişət əşyası bürüncdən tökmə üsulu ilə hazırlanıb bütünlüklə nəbati ornamentlərlə bəzədilib. Ustanın məharəti ondadır ki, bu üçlü heykəltəraşlıq kompozisiyasında tarixi məqamları da yazı şəklində verməyə müvəffəq olub. Əşyanın üzərində balasını yedirən inək onun kürəyini gəmirən pələng təsvir olunub. Hicri təqvimi ilə 1206-cı ildə hazırlanan əl işi həmin dövrdə insanların mənəvi dünyasını, anaların fədakarlığını ifadə etmək baxımından qiymətli nümunədir.

Tuncdan tökülmüş qazan isə Böyük Britaniya muzeyində qorunur. Əşyanın üzərindəki naxışlar xüsusi maraq doğurur. Bu qazanın digər bir nümunəsi isə Gürcüstan Dövlət Muzeyindən sərgiyə gətirilərək nümayiş olunur.

 

Dünyada sülh sənin gücünlə bərqərar olacaq

 

Sərginin ən maraqlı eksponatları isə, fikrimizcə, İstanbul Əsgəri Muzeyindən gətirilmiş dəbilqələr və zirehli geyimlərdir. Qeyd edək ki, Orta əsrlərdə Şirvan ərazisində metalişləmə sənəti inkişaf etmişdi. Hətta mənbələrdə qeyd olunur ki, Əmir Teymur Şirvandan keçəndə buranın ustalarının düzəltdiyi zirehli geyimlərə valeh olaraq özünə bir dəst geyim alır. Şirvanşah Fərrux Yasarın zirehli geyim kolleksiyası olduğu haqda da mənbələrdə bildirilir. Bu gün ona aid, üzərində adı yazılmış dəbilqələr dünya muzeylərində saxlanılır. Sərgidə dörd belə dəbilqə nümayiş olunur ki, bunlar təkcə zirehli geyim deyil, özlüyündə bir sənət nümunələridir. Bir-birindən gözəl naxışlarla bəzədilmiş bu dəbilqələrin üzərinə Fərrux Yasarın adı və “Dünyada sülh sənin gücünlə bərqərar olacaqkimi kəlmələr həkk olunub.

Şirvanşah I Xəlilullaha aid zirehli köynək də diqqəti çəkir. 15 kq çəkisi olan geyim öz dizaynı ilə, naxışları və dəqiqliklə hazırlanması baxımından zövq oxşayır. Bu da geyimin sahibinin zövqündən, boy-buxunundan  xəbər verir. Orta əsr mənbələrində Şirvanşah Xəlilullahın hündürboy və görkəmli biri şəxs olduğu vurğulanır.  Bələdçimiz deyir ki, 1417-1447-ci illərdə hakimiyyətdə olan Şirvanşah Keyqubada aid zirehli geyimİstanbul Əsgəri Muzeyindən gətirilib. Çox yaxşı qorunub saxlanılan geyimin üzərində Qurandan ayələri yazılıb.

P.S. Sərgidə gözoxşayan daha bir nümunə isə zinət əşyasıdır. Şirvanşahlara aid bu yeganə zinət əşyası haqqında isə ayrıca bir yazıda məlumat verəcəyik.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2018.- 16 noyabr.- S.8.